DYP “Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib
Bakı, 8 iyun. AZƏRTAC
“Əziz Şuşa” beynəlxalq velosiped turnirinin ikinci mərhələsi ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarədən AZƏRTAC-a daxil olan müraciətdə deyilir:
“Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən "Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin birinci mərhələsi artıq geridə qalıb. Bu gün yarışın ikinci mərhələsinə Qəbələ rayonunda start veriləcək. İdmançılar Qəbələ-Zarağan-Oğuz-Şəki marşrut xətti üzrə və geriyə hərəkət edərək ikinci mərhələni Qəbələ rayonunda başa vuracaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.
Beynəlxalq tədbirlə əlaqədar sürücülərdən yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:20]