EANA-nın Baş katibi: Minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycan tərəfinə verilməsi zəruridir

Berlin, 10 iyun, AZƏRTAC
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş katibi Aleksandr Giboi iki azərbaycanlı jurnalistin - Məhərrəm İbrahimov və Sirac Abışovun, həmçinin Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin həlak olması ilə əlaqədar təəssüfləndiyini bildirib.
Aleksandr Giboi AZƏRTAC-a müsahibəsində deyib ki, reportyorların təhlükəsizliyi mövzusu müasir dünya jurnalistikasının gündəliyində qalmaqdadır. O xatırladıb ki, xəbər agentliklərinin 2016-cı ilin noyabr ayında Bakıda keçirilmiş V Ümumdünya Konqresinin panel iclaslarından biri məhz bu mövzuya həsr edilmişdi.
“Azərbaycanın işğaldan azad edilmiş rayonlarının birində bu günlərdə baş vermiş faciə nəticəsində bizim azərbaycanlı həmkarlarımızın həlak olması çox kədərli indikatordur. Təəssüflə deməliyəm ki, bu mövzu hələ uzun müddət peşəkar gündəliyimizdə əsas mövzulardan biri kimi qalacaq”, - deyən EANA-nın Baş katibi həmin konqresdə AZƏRTAC-dan olan panel iştirakçısının öz çıxışında bu mövzuya toxunmasını xatırladıb.
A.Giboi həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verərək qeyd edib ki, belə hadisələrin sayını azaltmaq üçün beynəlxalq humanitar hüquq normalarına riayət edilməsi, o cümlədən minalanmış sahələrin xəritələrinin tezliklə Azərbaycan tərəfinə verilməsi zəruridir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bundesliqa tarixində yeni rekord
- [06:47]
Sadıq Dadaşov Azərbaycan memarlığının parlaq səhifəsidir
- 19.04.2025 [23:41]
Bundesliqa: “Bavariya” böyük hesablı qələbə qazanıb
- 19.04.2025 [23:23]
Samir Abasov: Fərdi səhvlər məğlubiyyətə səbəb oldu
- 19.04.2025 [22:33]
Sankt-Peterburqda Azərbaycan icmasının nümayəndələri ilə görüş keçirilib
- 19.04.2025 [22:20]
Bakıda II Milli Təhsil Zirvəsi keçirilib
- 19.04.2025 [21:44]
Premyer Liqa: "Mançester Siti" səfərdə üç xala sevinib
- 19.04.2025 [21:21]
Ukrayna Pasxa bayramında 277 hərbçisini əsirlikdən vətənə qaytarıb
- 19.04.2025 [20:14]
Rusiya Prezidenti Pasxa münasibətilə atəşkəs elan edib
- 19.04.2025 [19:46]
Azərbaycan derbisində start heyətlər açıqlanıb
- 19.04.2025 [18:58]
Bu gün Bakının 550 küçəsi yuyulub
- 19.04.2025 [18:08]
Voleybol üzrə Azərbaycan çempionatında üçüncü yer uğrunda ilk oyun keçirilib
- 19.04.2025 [17:49]
Naftalanda beynəlxalq səhiyyə konfransı keçirilib
- 19.04.2025 [16:50]
Yardımlı rayonunda zəlzələ olub
- 19.04.2025 [16:47]
KİV: Türkiyə diasporu Niderland parlamentinin qərəzli mövqeyini pisləyib
- 19.04.2025 [16:37]
Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb
- 19.04.2025 [16:07]
Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
- 19.04.2025 [16:05]
Qazaxıstanda uşaqları daşıyan avtobus ağır qəza törədib
- 19.04.2025 [15:39]
Qədim Şabran abidəsi ərazisində sərgi açılıb
- 19.04.2025 [15:33]
Firəngiz Mütəllimovanın benefisi: "Varlı qadın" tamaşasının premyerası olub
- 19.04.2025 [15:32]
Gənc memarların işləri mükafatlandırılıb
- 19.04.2025 [15:07]
Veteran stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start verilib
- 19.04.2025 [14:47]
Ağsu Qoruğunda tarix, sənət və musiqi bir arada
- 19.04.2025 [14:12]
Cəlilabadda yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb
- 19.04.2025 [13:59]
“Hər muzey bir abidədir” adlı tədbir keçirilib
- 19.04.2025 [13:27]
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
- 19.04.2025 [13:18]
Azərbaycan Rabat Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 19.04.2025 [13:15]
İsmayıllıda qeyri-sabit hava şəraitinin törətdiyi fəsadlar aradan qaldırılıb
- 19.04.2025 [13:14]
“Neftçi” Azərbaycan Kubokunun qalibi olmuş basketbolçu ilə vidalaşıb
- 19.04.2025 [13:13]
“Barselona” baş məşqçisi ilə müqavilə müddətini uzatmağı planlaşdırır
- 19.04.2025 [12:10]