Əbu-Dabidə İƏT Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası keçirilir
Bakı, 1 mart, AZƏRTAC
Martın 1-də Əbu-Dabidə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-cı sessiyası öz işinə başlayıb. İclasda 56 üzv ölkədən və beş müşahidəçi dövlətdən nümayəndələr, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
AZƏRTAC “Emirates” xəbər agentliyinə istinadla xəbər verir ki, sessiyanı giriş nitqi ilə Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdulla bin Zayed Əl-Nəhyan açıb. Sessiyanın gündəliyinə bir sıra siyasi, iqtisadi və sosial məsələlər, həmçinin müsəlman ölkələrinin qarşısında duran problemlər daxil edilib. “İslam əməkdaşlığının 50 ili: tərəqqi və inkişafın yol xəritəsi” devizi altında keçirilən sessiyada təşkilata üzv ölkələr arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması istiqamətində iqtisadi əlaqələndirmə məsələləri ətrafında da fikir mübadiləsi aparılır.
İclasa Hindistanla Pakistan arasında gərginlik də damğasını vurub. Belə ki, Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi Dehlinin sessiyada təmsil olunması səbəbindən Əbu-Dabiyə gəlməyib. İslamabadı kiçik ranqlı diplomatlar təmsil edirlər.
İƏT-in 50 illik yubileyi ilə üst-üstə düşən ikigünlük sessiyada xarici işlər nazirləri müsəlman ölkələrində sülh və sabitlik, habelə inteqrasiya və əməkdaşlıq məsələlərini müzakirə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [22:27]
FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb
- 16.06.2026 [21:40]
NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]