ƏDLİYYƏ İŞÇİLƏRİNİN UŞAQLARA QAYĞISI
Onlar öz vəsaitləri hesabına aldıqları ərzaq məhsulları, geyimlər və digər əşyalardan ibarət bağlamaları uşaqlara təqdim etmiş, bu səhiyyə ocağının qayğıları ilə maraqlanmış, bəzi problemlərinin həllinə yardımçı olacaqlarını bildirmişlər. Ədliyyə işçiləri Şəhidlər xiyabanını da ziyarət etmişlər.
Şəhər məhkəməsində ictimaiyyət nümayəndələrinin, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə toplantı olmuşdur. Məhkəmənin hakimi Mübariz Məmmədov “Heydər Əliyev Azərbaycanda müstəqil məhkəmə sisteminin qurucusudur” mövzusunda məruzə etmişdir. İcra hakimiyyətinin başçısı Lütfəli Babayev ədliyyə işçilərinin şəhərin ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirərək onları şəhər sakinləri adından təbrik etmişdir.