RƏSMİ XRONİKA
ƏFQANISTAN İSLAM RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HƏMİD KƏRZAİYƏ
Hörmətli cənab Prezident,
Əfqanıstanın keçmiş Kralı Məhəmməd Zahir Şahın vəfatı xəbəri məni son dərəcə kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, mərhumun ailəsinə, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24 iyul, 2007-ci il.