ƏFQANISTANDA APARILAN ƏMƏLİYYATLAR KANADAYA 4,1 MİLYARD DOLLARA BAŞA GƏLMİŞDİR
Əfqanıstanda indiyədək aparılan əməliyyatlar Kanada hökumətinə 4,1 milyard dollara başa gəlmişdir. AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, bu rəqəm “Polaris” tədqiqat qrupunun məruzəsində göstərilmişdir. Tədqiqat Əfqanıstandakı Kanada qoşunlarının mandatı müddətinin 2009-cu ilin fevralınadık uzadılması ilə əlaqədar ölkə parlamentində aparılacaq müzakirələr ərəfəsində keçirilmişdir. Hazırda Qəndəhar rayonunda 2300 kanadalı hərbçi var və onlar hələ fevral ayında vətənə qayıtmalı idilər.
“Polaris” qrupunun nümayəndəsi bildirmişdir ki, bütün resurslar Əfqanıstanda hərbi əməliyyatlara xərclənir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]