Əfqanıstanda yol-nəqliyyat qəzası 7 nəfərin həyatına son qoyub
Bakı, 9 mart, AZƏRTAC
Əfqanıstanın qərbindəki Nimroz əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.
AZƏRTAC Afghan İslamic Press agentliyinə istinadla xəbər verir ki, qəza Dilaram şəhərini Nimroz əyalətinin inzibati mərkəzi Zaranc şəhəri ilə birləşdirən magistralda baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, sürücülərin ehtiyatsızlığı, avtomobil yollarının pis vəziyyətdə olması və təhlükəsizlik qaydalarının pozulması ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir.
Son on ay ərzində Əfqanıstanda baş verən avtomobil qəzalarında 1600-dən çox insanın həlak olduğu bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]