DÜNYA
Əfqanıstandan Tacikistana keçən terrorçular məhv edilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Tacikistan-Əfqanıstan sərhədini pozan 3 terrorçu Tacikistan ərazisinə daxil olduqdan sonra ölkənin xüsusi xidmət orqanları tərəfindən məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi məlumat yayıb.
“2023-cü il avqustun 29-dan 30-na keçən gecə beynəlxalq terror təşkilatının 3 üzvü Dövlət Müstəqilliyi Günü ərəfəsində Tacikistan ərazisində terror aktı törətmək məqsədi ilə Tacikistan-Əfqanıstan ərazisini - Darvaz istiqamətində Kevron kəndi ilə bitişik qorunan ərazidə sərhəd xəttini qanunsuz keçib. Antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib”, - bəyanatda deyilir.