ƏHALİNİN MƏŞĞULLUĞU ARTIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına müvafiq olaraq, Astara rayon Məşğulluq mərkəzində 2005-ci ildə əhalinin daimi iş yerləri ilə təmin edilməsi, vətəndaşların tələb və təkliflərinin tənzimlənməsi sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Qeydə alınmış 340 işaxtaranın 296 nəfəri daimi işlə təmin olunmuşdur.
Məşğulluq mərkəzi tərəfindən ötən ildə keçirilən əmək yarmarkasında 208 boş iş yeri təklif edilmiş, 30 nəfərə daimi iş üçün göndəriş vərəqəsi verilmişdir.
Mərkəzin nəzdində fəaliyyət göstərən “Şiyəkəran” və “Şahağac” kənd təsərrüfatı müəssisələrində isə 30 nəfər işlə təmin olunmuşdur.