İQTİSADİYYAT
Əhalinin nominal gəlirləri açıqlanıb
Bakı, 15 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,3 faiz artaraq 50 milyard 861,1 milyon manat və ya hər nəfərə orta hesabla 5013,3 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri 44 milyard 834,9 milyon manat təşkil edib.