“Ekol Mühəndislik Xidmətləri” QSC Ə. Əmirov adına NQÇİ-də yeni layihənin icrasına başlamışdır
Bakı, 6 fevral (AZƏRTAC). Mədən ərazilərində mövcud ekoloji vəziyyətin yaxşılaşdırılması və neft hasilatının artırılması Ə.Əmirov adına NQÇİ-nin qarşısında prioritet bir vəzifə kimi qoyulmuşdur. Bununla əlaqədar olaraq, NQÇİ-nin 3-cü mədən ərazisində 25 quyunun ətrafına torpaq bəndlərinin vurulmasına başlanılmışdır. Bu layihənin icrası QSC-yə həvalə edilmişdir. Layihə üzrə təqribən 250 min kubmetrədək torpaq işlərinin görülməsi planlaşdırılır.
QSC-dən AZƏRTAC-a bildirmişlər ki, qurumun torpaqların rekultivasiyası departamenti yanvarın 23-dən layihənin icrasına başlamış və fevralın 1-dək quyuətrafı sahələrə 8 min kubmetrə qədər torpaq daşınaraq yayılmışdır. Lakin havaların sərt keçməsi ilə əlaqədar işlərin yerinə yetirilməsində müvəqqəti fasilələr yaranmışdır. Əlverişli hava şəraiti başlandığı gündən layihənin icrası davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]