EKOLOGİYA NORMALARINI POZANLARCƏRİMƏ OLUNMUŞLAR
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Babək prospektindəki 2317-ci məhəllənin ərazisində fiziki şəxs Binnət Məmməd oğlu İnsanovun sərv ağacını kəsməsi faktı qeydə alınmışdır. O, öz hərəkətini belə izah etmişdir ki, təbiət hadisələrinin təsiri altında formasını dəyişən ağac guya adamlar üçün təhlükə yarada bilərdi. Təqsirkar İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq 165 min manat məbləğində cərimə edilmişdir.
Salyan şosesində yerləşən “Qarabağ” ofis binasının podratçısı Cəbrayıl Quliyev də ağacları kəsdiyinə görə elə həmin maddə ilə 3 milyon 575 min manat məbləğində cərimələnmişdir.
Məişət zibilini yandırıb havanı çirkləndirdikləri üçün Nəsimi rayonundakı 65 nömrəli mənzil istismarı sahəsinin məsul şəxslərinə 220 min manat məbləğində cərimə kəsilmişdir. Həmin məbləği ödəməkdən yayındıqları üçün qərar rayon məhkəməsinə göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]