Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xaçmaz rayonunda reyd keçiriblər
Bakı, 21 sentyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Xaçmaz rayonu ərazisində növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, reyd zamanı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 kubmetr həcmində palıd, ağcaqayın, qovaqcinsli girdə içlik və çəkilmiş taxta materialı aşkarlanıb.
Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və ona 1946,58 manat məbləğində ziyan tətbiq edilib.