Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Bakı multimodal logistika zəncirlərinin inkişafında nəhəng potensiala malikdir – MÜSAHİBƏ

Ekspert: Bakı multimodal logistika zəncirlərinin inkişafında nəhəng potensiala malikdir –  MÜSAHİBƏ

Bakı, 5 sentyabr, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Almaniyanın “Rhenus Logistics” şirkətinin nəqliyyat və logistika üzrə eksperti, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində (EECCA) layihə rəhbəri Aleksandra Oqneva ilə müsahibəni təqdim edir.

– Aleksandra, zəhmət olmasa, Şərqi Avropa və Qafqazda logistika sahəsindəki iş təcrübənizdən danışın. Son illərdə logistika bazarında hansı dəyişikliklər baş verib və bu prosesdə Azərbaycanın rolu nədən ibarətdir?

– Son illərdə Şərqi Avropa və Qafqazda logistika sahəsi ciddi dəyişikliklərə məruz qalıb. Belə ki, infrastrukturyönümlü yanaşmadan həllyönümlü yanaşmaya, inteqrasiya, rəqəmsallaşma və dayanıqlığa əsaslanan formata keçid baş verib. Mənim Mərkəzi Asiya və Qafqazda “Rhenus” layihələri üzərində işləməyə başladığım 2022-ci ilin sonundan bu sahə həlledici mərhələyə qədəm qoyub. Trans-Xəzər dəhlizi artıq təkcə tranzit marşrutu deyil, o Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Avropanı birləşdirən vasitəyə çevrilib. Azərbaycan isə strateji mövqeyinə görə region üçün həm tranzit qovşağı, həm də logistika koordinatoru qismində əsas rol oynayır.

– Azərbaycan tarixi İpək Yolu üzərində mühüm nəqliyyat qovşağıdır. Ölkənin multimodal logistika zəncirlərinin inkişaf potensialını necə qiymətləndirirsiniz və bu istiqamətdə “Rhenus Logistics” hansı layihələri həyata keçirir?

- Azərbaycan artıq qüsursuz multimodal marşrutlar yarada biləcəyini sübut edib. Məsələn, Bakıya daxil olan yüklər qısa vaxtda dəmir yolu ilə Gürcüstana, oradan isə Qara dənizə və ya Türkiyəyə daşına bilər ki, bu da şimal marşrutları ilə müqayisədə xeyli vaxt qazandırır. Ötən il Bakıda fəaliyyətimizi hüquqi şəxs qismində rəsmiləşdirdik və bununla da Azərbaycandakı mövqeyimizi daha da gücləndirdik. Hazırda ölkənin müxtəlif bölgələrində bir sıra layihələri nəzərdən keçiririk və sözsüz ki, əlverişli şərait olduğu halda investisiya qoymağa tam hazırıq. Bu məqsədlə potensial tərəfdaşlarla və dövlət qurumları ilə sıx təmasdayıq.

– “Rhenus Logistics” logistika sahəsində innovativ həlləri fəal tətbiq edir. Azərbaycandan keçən nəqliyyat marşrutlarının təkmilləşdirilməsi üçün hansı texnologiya və yanaşmaları xüsusilə perspektivli hesab edirsiniz?

– Ən perspektivli istiqamətlərdən biri dəhlizlərin rəqəmsal idarəetmə sistemləridir. Gömrük orqanlarını, limanları və dəmir yolu operatorlarını vahid rəqəmsal platformada birləşdirərək tıxacların qarşısını almaq və real vaxtda şəffaflığı təmin etmək mümkündür. Hesab edirik ki, bizim yüksək səmərəli yükaşırma komplekslərinin yaradılması və idarə edilməsində geniş təcrübəmiz var ki, bu da Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edə bilər. Zəruri proqram təminatını özümüz hazırlamışıq. Bu, həm yüklərin keçid vaxtını, həm də xərcləri azaldır, Trans-Xəzər dəhlizini alternativ marşrutlarla rəqabətədavamlı edir. Trans-Xəzər marşrutu üzrə çatdırılma müddətlərinin etibarlı və sabit olması, təklif edilən tariflərin isə rəqabətqabiliyyətli qalması olduqca vacibdir.

– COVID-19 pandemiyası Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (EECCA) ölkələrində logistika sektoruna necə təsir etdi? Bu təcrübədən xüsusən də Azərbaycanla bağlı hansı nəticələr çıxarmaq olar?

– Pandemiya ayrı-ayrı marşrutlardan və sərt təchizat zəncirlərindən asılılığın risklərini üzə çıxardı. Sərhədlərin bağlanması və tıxacların yaranması şirkətləri nəqliyyat dəhlizlərini diversifikasiya etməyə məcbur etdi. Nəticədə Azərbaycanın Orta Dəhliz layihəsi hər zamankından daha aktual oldu və tamhüquqlu alternativə çevrildi. Azərbaycan üçün bu, infrastrukturun çevikliyini qorumaq və multimodal imkanları genişləndirmək zərurətini ifadə edir.

– Azərbaycan liman infrastrukturunu və nəqliyyat dəhlizlərini fəal inkişaf etdirir. Bakıdakı dəniz və quru limanlarının beynəlxalq logistika və sizin şirkət üçün rolu nədən ibarətdir?

– Bakı Limanı Orta Dəhlizin “ürəyidir”. Bizim üçün bu, Gürcüstan və Türkiyə istiqamətində yüklərin konsolidasiyasını və dəmir yolu dəhlizləri vasitəsilə daşınmasını təmin edən strateji mərkəzdir. Bakı ilə yanaşı, Azərbaycan Sumqayıt və Gəncə kimi şəhərlərdə əlavə quru limanlar inkişaf etdirməklə də öz rolunu gücləndirə bilər. Bu cür obyektlər regional sənayeni dəstəkləyəcək, daxili bölgələrlə əlaqələri möhkəmləndirəcək və ölkə üzrə yük axınlarının daha balanslı paylanmasına xidmət edəcək. Yeni və mühüm təşəbbüslərdən biri də Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir. Onun praktik reallaşdırılması və uzunmüddətli təsirləri hələ dəqiqliklə qiymətləndirilməlidir, lakin bu marşrut Azərbaycanı, Türkiyəni və Avropanı birləşdirən əlavə keçid rolunu oynaya bilər. Əgər həyata keçirilsə, dəhliz Cənubi Qafqazda logistika sxemlərini əsaslı şəkildə dəyişdirəcək, daha şaxələndirilmiş və dayanıqlı nəqliyyat şəbəkələrinin formalaşmasına imkan yaradacaq.

– Sizin portfelinizdə dayanıqlı inkişafla bağlı layihələr də var. “Rhenus Logistics” Azərbaycanda və qonşu ölkələrdə logistikanın ekoloji izini minimuma endirmək üçün hansı addımlar atır?

– Bizim üçün dayanıqlı inkişaf ilk növbədə nəqliyyat növlərinin dəyişdirilməsindən başlayır. Azərbaycanda 2015-ci ildə fəaliyyətə başladığımızda, Bakıda avtomobil daşımaları operatoru kimi işə başladıq. Bu gün isə müştərilərimizə daha çox dəmir yolundan istifadə etməklə multimodal həllər təklif edirik ki, bu da uzunməsafəli avtomobil daşımalarının və onlarla bağlı emissiyaların azalmasına imkan verir. Dayanıqlılığa sadiqliyimizin başqa bir bariz nümunəsi isə Bakıda keçirilən COP29 konfransının rəsmi logistika tərəfdaşı qismində töhfəmiz oldu. Bu tədbir üçün nümayəndələrin daşınmasında sıfır emissiyalı elektrik yük maşını təqdim etdik ki, bu isə logistikanın dayanıqlı inkişafda necə real rol oynaya biləcəyinin praktiki sübutu idi. Gələcəyə baxdıqda, nəqliyyat növlərinin dəyişdirilməsini, innovasiyaları və yerli tərəfdaşlıqları birləşdirərək Azərbaycanın ekoloji keçidlə bağlı milli hədəflərinə uyğunlaşmaq və regionda daha dayanıqlı logistika ekosisteminin formalaşmasına töhfə vermək niyyətindəyik.

– Növbəti 5–10 ildə Almaniya və Azərbaycan arasında logistika sahəsində əməkdaşlığın inkişafını necə görürsünüz?

– Mən bu məsələyə böyük nikbinliklə yanaşıram. Almaniya Azərbaycanın Aİ-dəki əsas ticarət tərəfdaşlarından biridir, logistika isə bu tərəfdaşlığı təmin edən körpü rolunu oynayır. Qarşıdakı 5–10 ildə dəmir yolu daşımalarında daha çox birgə müəssisələrin yaradılacağını, rəqəmsal logistikada alman təcrübəsinin tətbiq ediləcəyini və dayanıqlı infrastruktur sahəsində birgə investisiyaların artacağını gözləyirik. Orta Dəhliz sadəcə marşrut deyil, əməkdaşlıq platformasıdır. Alman texnologiyalarını və təcrübəsini Azərbaycanın strateji mövqeyi ilə birləşdirərək bütün Avrasiya regionuna fayda verəcək dayanıqlı təchizat zəncirləri yarada bilərik.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq