Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: ECO zamanla Böyük Avrasiyanın iqtisadiyyatında özünəməxsus “üçüncü qütbə” çevrilə bilər – MÜSAHİBƏ

Ekspert: ECO zamanla Böyük Avrasiyanın iqtisadiyyatında özünəməxsus “üçüncü qütbə” çevrilə bilər –  MÜSAHİBƏ

Bakı, 8 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC qırğız ekspert, “ElTrans” Elektron Nəqliyyat İstifadəçiləri İttifaqının rəhbəri, “Sharsheev & Partners” şirkətinin qurucusu, PEAK fondunun həmtəsisçisi, iqtisadçı, politoloq İskəndər Şarşeevlə müsahibəni təqdim edir.

-Qırğızıstan və Azərbaycan arasında iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Sizin fikrinizcə, bu gün hansı əməkdaşlıq sahələri daha perspektivlidir?

-Son iki il ərzində Qırğızıstan və Azərbaycan arasında ticarət və investisiya sahəsində dinamika münasibətlərin nəzərəçarpacaq dərəcədə “yenidən yüklənməsi”ni göstərir. Əgər 2022-ci ildə ticarət dövriyyəsi rəsmi 10 milyon dollar təşkil edirdisə, 2023-cü ildə bu göstərici təqribən 65 milyon dollara çatıb, yəni altı dəfədən çox artım baş verib. Üstəlik, yalnız 2024-cü ilin yanvar-fevral aylarında Azərbaycan Qırğızıstan bazarına təqribən 18,2 milyon dollar dəyərində neft məhsulları ixrac edib və bunun nəticəsində Qırğızıstan Azərbaycanın neft məhsulları ixracatında ilk beş əsas alıcıdan birinə çevrilib. Belə bir dinamika, əsasən, 2022-ci ildə yaradılmış Azərbaycan-Qırğızıstan İnkişaf Fondu sayəsində mümkün olub. 2024-cü ilin aprel ayında fondun nizamnamə kapitalı 25 milyon dollardan 100 milyon dollara qədər artırılıb və artıq aqrar emal, yüngül sənaye və bərpaolunan enerji sahələrində ilk birgə layihələrin maliyyələşdirilməsinə başlanılıb. Praktik baxımdan ən böyük potensial tekstil klasterinin formalaşdırılmasında görünür: xammal istehsalı və tikiş prosesi Qırğızıstanda, investisiya və satış isə Azərbaycan bazarında həyata keçirilə bilər. Eyni zamanda, Azərbaycanın texnologiyalarından istifadə etməklə günəş və kiçik hidroenergetika sahəsində əməkdaşlıq da ümidverici görünür. Kənd təsərrüfatı məhsulları və balın yeni soyuducu marşrut vasitəsilə Bakı üzərindən daşınması da bu sahədə böyük imkanlar açır.

-Sizcə, İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Avrasiya məkanında yeni iqtisadi balansın formalaşmasında hansı rolu oynayır? Təşkilat daha böyük strukturlar – məsələn, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və ya Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənarda müstəqil iqtisadi cəlbedicilik mərkəzinə çevrilə bilərmi?

-İqtisadi Əməkdaşlıq Təşkilatının müstəqil iqtisadi mərkəzə çevrilməsi üçün imkan yaradan institusional alətləri mövcuddur. Ən başlıcası, bunlara ECO-nun Ticarət və İnkişaf Bankı (ETDB), ECOTA Ticarət Sazişi və Tranzit üzrə Çərçivə Sazişi (TTFA) daxildir. Əgər üzv dövlətlər daxili ticarət dövriyyəsinin payını heç olmasa 15 faizə çatdıra və ECOTA-nın tam şəkildə həyata keçirilməsini təmin edə bilsələr, ECO zamanla özünəməxsus logistika sisteminə, ticarət qaydalarına və investisiya koordinasiyasına malik olan “Böyük Avrasiyanın üçüncü iqtisadi qütbü”nə çevrilə bilər.

-ECO çərçivəsində hansı prioritet əməkdaşlıq istiqamətləri üzv dövlətlər, o cümlədən Qırğızıstan və Azərbaycan üçün dayanıqlı artımın lokomotivi ola bilər?

-Hazırda ECO çərçivəsində ən sürətli inkişaf edən sahə nəqliyyat və logistika istiqamətidir. Xəzər dənizi üzərindən keçən və Orta və ya Trans-Xəzər marşrutu kimi tanınan nəqliyyat dəhlizi ötən il ərzində 4,5 milyon ton yük (63 faiz artım) və 50 500 TEU konteyner (2,6 dəfə artım) daşıyıb. Marşrutun buraxılış qabiliyyəti ildə 6 milyon ton və 100 min TEU həcmində müəyyən olunub. Bu, Azərbaycan üçün Ələt dəniz limanı və dəmir yolu qovşağını birləşdirən regional nəqliyyat mərkəzi statusunu daha da möhkəmləndirir. Eyni zamanda, Qırğızıstan üçün bu marşrut Qara dənizə ən qısa çıxışı təmin edir və tekstil, meyvə kimi ixrac məhsulları üçün logistik məsafəni 1500–2000 kilometr azaldır.

İkinci yerdə enerji sistemlərinin inteqrasiyası və yaşıl keçid dayanır. 2025-ci ildə BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və ECO-nun dəstəyi ilə Bakıda Rəqəmsal Təmiz Enerji Mərkəzi (Clean Energy Centre) rəsmi şəkildə fəaliyyətə başlayıb. Bu mərkəz region boyu bərpaolunan enerji mənbələri, hidrogen texnologiyaları və enerji şəbəkələrinin modernizasiyası üzrə layihələrin əlaqələndirilməsini həyata keçirəcək.

Üçüncü mühüm istiqamət isə təchizat zəncirlərinin rəqəmsallaşdırılmasıdır. ECO-nun əsas nəqliyyat marşrutlarında – TITR, KTAI və ITI üzrə e-TIR və e-CMR adlı elektron tranzit sənədlərinin koordinasiyalı tətbiqi artıq sərhədlərdən keçmə müddətini əhəmiyyətli dərəcədə azaldır. Bu proses xüsusilə kiçik və orta sahibkarlıq subyektləri üçün əhəmiyyətlidir, çünki rəqəmsallaşma həm xərcləri azaldır, həm də kiçik ixracatçılar üçün əlavə vergi üstünlükləri yaradır.

-Bu gün ECO ölkələri qlobal çağırışlara – məsələn, təchizat zəncirlərindəki fasilələr, enerji keçidi və ya ərzaq təhlükəsizliyi kimi məsələlərə real koordinasiyalı cavab verə bilirmi?

-ECO ölkələrinin qlobal çağırışlara – istər logistika zəncirlərindəki pozuntular, istərsə də enerji transformasiyası və ya ərzaq təhlükəsizliyi ilə bağlı – reaksiyası hələ ki, bərabərsizliklə müşahidə olunur. Əsas gündəliyi daha böyük iqtisadi gücə malik olan Türkiyə, İran və Qazaxıstan formalaşdırır. Bununla belə, təşkilat çərçivəsində artıq “dayanıqlı təchizat zəncirləri” üzrə yol xəritələri hazırlanıb və regional ərzaq ehtiyatı proqramı fəaliyyət göstərir. Bu isə Qırğızıstan da daxil olmaqla, daha kiçik iqtisadiyyatlar üçün imkanlar açır: onlar taxıl və gübrə üzrə birgə alış mexanizmlərinə, eləcə də infrastruktur layihələrinə – limanlar və quru terminallara çıxış əldə edirlər.

2023–2024-cü illərdə keçirilmiş sammitlərdə qəbul edilən bəyanatlar və razılaşmalar hələlik əsasən deklarativ xarakter daşısa da, artıq ilk praktik addımlar da atılıb. Xüsusilə, Bakı–Aktau–Almatı–Bişkek marşrutu üzrə vahid elektron sənəd (nəqliyyat qaiməsi) ilə test daşımalarının reqlamentləşdirilməsi buna nümunədir. Nəticələr göstərdi ki, sərhəd keçidlərində sərf olunan vaxt təxminən üçdəbir azaldılıb – bu isə bütün region üçün əhəmiyyətli bir presedent sayılır.

-Qırğızıstan və Azərbaycan ECO-nun institusional effektivliyini birgə necə gücləndirə bilər? Təşkilat çərçivəsində təşəbbüskar ikitərəfli və ya üçtərəfli layihələr formatı mümkündürmü?

-Mövcud şəraitdə məhz Bişkek və Bakı İqtisadi Əməkdaşlıq Təşkilatına əlavə dinamika qazandıra biləcək əsas oyunçulardandır. Artıq fəaliyyət göstərən Azərbaycan-Qırğızıstan İnkişaf Fondu praktik əməkdaşlıq modeli kimi çıxış edir. Bu fonda əsaslanaraq tərəflər günəş enerjisi, quru logistika limanları və aqroemal kimi sahələrdə 20–30 milyon dollar həcmində “kiçik paketlər” – yəni investisiya layihələri təklif edə bilərlər. Bu istiqamətlər ETDB-nin (ECO Ticarət və İnkişaf Bankı) maliyyələşmə mexanizmlərinə və ya AİB proqramlarına mükəmməl şəkildə uyğun gəlir və qısa müddətdə real nəticələr verə bilər.

Bundan əlavə, Bakı və Bişkek “ECO Vision 2025” strategiyasının birgə ekspert auditinin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilərlər. Bu audit əsasən kiçik və orta biznes, eləcə də rəqəmsal xidmətlərə yönəlməlidir. Məqsəd – elektron logistika, məlumat mübadiləsi və prosedurların sadələşdirilməsi kimi mühüm sahələrdə konkret və ölçülə bilən səmərəlilik göstəricilərinə (KPI) nail olmaqdır. Xüsusi qeyd olunmalı məsələ ECO daxilində mini-koalisiya formatıdır. Qırğızıstan–Azərbaycan–Qazaxıstan üçlüyü artıq Orta Dəhliz üzrə rəqəmsal tranzit sahəsində öz effektivliyini sübut edib. Bu təcrübə təşkilat çərçivəsində digər istiqamətlərə də tətbiq oluna bilər.

-ECO-nun iştirakçı ölkələrində kiçik və orta sahibkarlığın dəstəklənməsi, rəqəmsallaşma və dayanıqlı kənd təsərrüfatı sahəsində potensialını necə qiymətləndirirsiniz? Qırğızıstan və Azərbaycanın milli inkişaf strategiyaları arasında sinerjini ECO kimi çoxtərəfli platformalar çərçivəsində necə gücləndirmək olar?

-Kiçik və orta sahibkarlığın dəstəklənməsi, rəqəmsal transformasiya və dayanıqlı kənd təsərrüfatı — məhz elə sahələrdir ki, burada Qırğızıstan və Azərbaycan arasında sinerji sürətli və real nəticələr verə bilər. Qırğızıstanda KOB sektoru artıq ÜDM-in təxminən 40,5 faizini formalaşdırır. Bu isə mikromaliyyələşmə, akselerasiya proqramları və sahibkarlığın təşviqi sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. ECO səviyyəsində artıq mövcud olan infrastruktur bu məqsədlə səfərbər edilə bilər. ETDB (ECO Ticarət və İnkişaf Bankı) kiçik biznes üçün ixtisaslaşmış kredit xətləri təqdim edir, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı isə regionda “Women-in-Business” və “Green Economy Financing Facility” kimi təşəbbüsləri həyata keçirir. Bu platformalar çərçivəsində Bişkek və Bakı birgə şəkildə aqrotexnologiyalar, yaşıl həllər və logistika yeniliklərinə yönəlmiş 5 milyon dollarlıq “Challenge Fund” yarada bilər. ETDB tərəfindən mümkün olan birgə maliyyələşmə isə bu təşəbbüslərin miqyasını və davamlılığını artırar. Rəqəmsal inteqrasiyanın gücləndirilməsi məqsədilə qarşılıqlı elektron imzaların tanınması mexanizminin tətbiqi mümkündür. Qırğızıstanın “Tunduk” və Azərbaycanın “ASAN Bridge” platformalarının istifadəsi KOB-ların dövlət və kommersiya xidmətlərinə transsərhəd çıxışını sadələşdirəcək, əməliyyat xərclərini azaldacaq və yeni bazarlara çıxışı asanlaşdıracaq.

-Orta Dəhliz və digər logistika marşrutları daxil olmaqla, nəqliyyat dəhlizlərinin inkişafı ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsində hansı rolu oynaya bilər?

-Nəqliyyat dəhlizlərinin inkişafı həm ikitərəfli, həm də çoxtərəfli gündəliyin əsas birləşdirici amili olaraq qalır. Bu gün Orta Dəhliz bütün Avrasiya logistikası üçün dayaq strukturuna çevrilir və Qırğızıstanın bu dəhlizə Qazaxıstan üzərindən dəmir yolu vasitəsilə qoşulması qarşılıqlı inteqrasiyanı reallaşdırmaq üçün konkret imkanlar açır. Artıq praktiki addım olaraq Bakı–Bişkek marşrutu üzrə multimodal soyuducu yük daşımalarının işə salınması buna misal ola bilər. Bu, Qırğızıstanın meyvə, bal və tekstil ixracında xərcləri azaltmaqla yanaşı, Azərbaycan avadanlıqları, aqrosənaye xammalı və kimyəvi məhsullarının Mərkəzi Asiya bazarına çıxışını da genişləndirir. Bununla paralel olaraq Qırğızıstan–Tacikistan–Əfqanıstan–İran (KTAI) dəhlizi üzrə layihə də irəliləyir və bu, strateji istiqamətə çevrilə bilər. Azərbaycan üçün bu, Çabahar və Qvadar limanları da daxil olmaqla Hind okeanına quru çıxış imkanı yaradır, Qırğızıstan üçün isə Pakistan və Hindistanın geniş istehlak bazarlarına çıxış açır. Bu baxımdan, əgər Bakı və Bişkek öz milli inkişaf strategiyalarını ECO-nun nəqliyyat, enerji və rəqəmsal prioritetləri ilə ardıcıl şəkildə uzlaşdırarlarsa, təşkilat deklarativ format çərçivəsindən kənara çıxaraq real iqtisadi cazibə mərkəzinə çevrilə bilər. Beləliklə, Qafqaz və Mərkəzi Asiyanın qovşağında yerləşən, Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirən və "Turan Dəhlizi" adlandırıla biləcək vahid nəqliyyat-logistika arteriyası formalaşa bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb