Ekspert: Paytaxtda yerüstü nəqliyyat xətlərinin çəkilməsi metroda sərnişin sıxlığını azaltmayacaq
Bakı, 12 noyabr, AZƏRTAC
Metroda sərnişin sıxlığının azaldılması üçün alternativ variant kimi yerüstü metro stansiyasının və ya tramvay, trolleybus xətlərinin çəkilməsi mümkündürmü?
AZƏRTAC-ın sualına cavab olaraq ekspert Eldəniz Əmirov bildirib ki, Bakı şəhərində, onun mərkəzi hissəsində yerüstü xətlərin - tramvay, trolleybus və ya metronun çəkilməsi gözlənilən nəticəni verməyəcək.
O qeyd edib ki, yerüstü xətlərin tikintisi yalnız Bakının ətraf kənd və qəsəbələrində, məsələn Xırdalan, Masazır və digər istiqamətlərdə mümkündür. Paytaxtın mərkəzi hissəsində isə yeraltı metro stansiyalarının sayının artırılması daha yaxşı olardı: “Çünki son 30 ildə şəhərsalma qaydaları çox pozulub. Şəhər infrastrukturu sahəsində həllini gözləyən müəyyən problemlər mövcuddur. Nəticə etibarilə bu gün paytaxtda hər hansı bir tramvay və trolleybus xəttinin çəkilməsi hərəkəti daha iflic edəcək. Çünki tramvay və trolleybus xətləri mövcud olarsa, onlar 2, 3 və ya 5 dəqiqə deyil, daha uzunmüddətli zaman məsafəsində işləyəcəklər. Bu baxımdan, sözügedən yolların çəkilməsi nəqliyyatın da hərəkətinə ciddi problemlər yaradacaq. Bu gün adicə velosiped və skuter zolaqlarının salınması şəhər nəqliyyatı və infrastrukturu üçün ciddi problemlərə səbəb olur”, - deyə E.Əmirov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [22:49]
“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]