Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Süni intellektin verdiyi kod kritik sistemlərdə ciddi risk yaradır

Ekspert: Süni intellektin verdiyi kod kritik sistemlərdə ciddi risk yaradır

Bakı, 16 mart, AZƏRTAC

Böyük dil modellərinə həddindən artıq etibar təhlükəli ola bilər və əsas risk süni intellektin inandırıcılığında deyil, insanların tənqidi düşünmə qabiliyyətini zəiflətməsindədir.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Samsung Electronics”də mobil təhlükəsizlik və süni intellekt həlləri üzrə proqram təminatı mühəndisi Adil Əliyev bildirib.

Adil Əliyev qeyd edib ki, insanlar psixoloji olaraq səlis, inamlı və tərəddüdsüz danışığa daha çox etibar etməyə meyillidirlər. Məhz buna görə siyasətçilər və böyük şirkət rəhbərləri natiqlik bacarıqlarını inkişaf etdirmək üçün xüsusi təlimlərdən keçirlər.

“Eyni psixoloji mexanizm süni intellekt sistemlərinin qəbuluna da təsir edir. Süni intellekt nəzakətli, məntiqi quruluşlu və inamlı cavablar təqdim edir. Bu isə insanlarda həmin cavabların yüksək dəqiqliyə malik olduğu təəssüratını yaradır və nəticədə bir çox hallarda istifadəçilər öz mühakimələrindən daha çox alqoritmin təqdim etdiyi nəticələrə güvənirlər”, - deyə A.Əliyev qeyd edib.

Adil Əliyev bildirib ki, bu fenomen psixologiyada “avtomatlaşdırma qərəzi” (“automation bias”) kimi tanınır. İnsanlar texnoloji və mürəkkəb görünən sistemlərin qərarlarını daha doğru hesab etməyə meyillidirlər. Ekspertin fikrincə, süni intellektin əsas problemi onun inandırıcı cavablar təqdim etməsi deyil, istifadəçilərin həmin cavabları sorğulamadan qəbul etməsidir.

“Təhlükə süni intellektin inandırıcı olmasında deyil. Əsl təhlükə insanların şübhə etməyi dayandırmasında, tənqidi düşünməməsindədir. Bu vəziyyət peşəkar mühitdə xüsusilə kritikdir. Məsələn, böyük dil modelləri çox sürətli şəkildə proqram kodu yaza bilir və bu, doğrudan da faydalıdır. Mən də şəxsən bu alətlərdən hər gün istifadə edirəm. Amma yoxlanılmamış kodun tibbi cihazlarda, bank sistemlərində, imtahan platformalarında və ya aerokosmik proqram təminatında istifadəsi nəinki maliyyə əməliyyatlarında xəta edər, hətta insan həyatının itirilməsinə belə səbəb ola bilər. Süni intellekt sistemləri sadalanan istiqamətlərdə sürəti artırsa da məsuliyyəti əvəz edə bilməyib. Məsələn, hüquq sahəsində real hadisələrdən biri Kanadada baş verib. Mənim yaşadığım Vankuver şəhərində bir hüquqşünas “ChatGPT” istifadə edərək, məhkəməyə hüquqi presedentlər tərtib edib və həqiqiliyi yoxlamayıb. Qarşı tərəf isə sonradan aşkar edib ki, həmin məhkəmə işləri ümumiyyətlə mövcud deyilmiş. Süni intellekt onları olduqca inandırıcı şəkildə uydurmuşdu.

Səbəbkar “ChatGPT” olsa da məsuliyyət yenə də həmin hüquqşünasın üzərindədir və o bu addımla ciddi peşəkar nöqsana yol vermiş oldu. Tibb sahəsi də xüsusilə həssasdır. Bir çox insan ümumi sağlamlıq sualları üçün “ChatGPT”-dən istifadə edir. Mən özüm də istifadə edirəm. Bunun özlüyündə problemi yoxdur. Risk o zaman başlayır ki, “ChatGPT”nin verdiyi cavablar heç bir həkim məsləhəti olmadan kor-koranə tətbiq edilir. Səhiyyədə inamlı, amma yanlış “tövsiyə” çox ciddi fəsadlara səbəb ola bilər. Akademik mühit də oxşar çətinliklərlə üzləşir. Tez-tez şahid oluruq ki, böyük dil modelləri köçürmə vasitəsi kimi istifadə olunur ki, bu da öyrənməni və akademik dürüstlüyü zədələyir”, – deyə Adil Əliyev bildirib.

Mütəxəssis səhiyyə sahəsində də oxşar risklərin mövcud olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox insanlar ümumi sağlamlıq sualları üçün süni intellekt alətlərinə müraciət edir və bu, müəyyən dərəcədə faydalı ola bilər. Lakin risk bu məlumatların həkim məsləhəti olmadan tətbiq edilməsində ortaya çıxır.

Adil Əliyev əlavə edib ki, süni intellekt alətləri peşəkar qərarverməni dəstəkləməli, lakin onu əvəz etməməlidir. Hər bir sahənin öz etik qaydaları və məsuliyyət mexanizmləri var və cavabın alqoritm tərəfindən yaradılması bu məsuliyyəti aradan qaldırmır.

Ekspert təhsil sahəsində də bu texnologiyaların düzgün istifadəsinin vacibliyini vurğulayıb. Onun fikrincə, bəzi hallarda böyük dil modelləri öyrənməni dəstəkləyən vasitə kimi deyil, düşünmə prosesini əvəz edən alət kimi istifadə olunur ki, bu da tənqidi düşünmə bacarıqlarının zəifləməsinə səbəb ola bilər.

“Valideynlər və müəllimlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Süni intellekt güclü öyrənmə köməkçisi ola bilər, lakin o, sorğulanmayan mütləq həqiqət kimi qəbul edilməməlidir. Sual vermək, yoxlamaq və çətinliklərlə üzləşmək real öyrənmə prosesinin ayrılmaz hissəsidir”, - deyə A.Əliyev əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili