Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ekspert: Tacikistan Xəzər və Qara dəniz limanlarına çıxış əldə etməkdə maraqlıdır - MÜSAHİBƏ

Ekspert: Tacikistan Xəzər və Qara dəniz limanlarına çıxış əldə etməkdə maraqlıdır - MÜSAHİBƏ

Bakı, 24 iyul, Tamilla Məmmədova, AZƏRTAC

AZƏRTAC Mərkəzi Asiya üzrə tanınmış tacik geosiyasi və regional məsələlər üzrə ekspert, tarixçi, Rusiya-Tacikistan (Slavyan) Universitetinin (RTSU) Xarici regionşünaslıq və xarici siyasət kafedrasının professoru, RTSU-nun Geosiyasi Tədqiqatlar Mərkəzinin direktoru Guzel Maytdinova ilə müsahibəni təqdim edir.

- Tacikistan və Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Aktivləşdirilməsinə ehtiyac duyulan əsas əməkdaşlıq sahələri hansılardır?

- Bu gün Tacikistan ilə Azərbaycan arasında iqtisadi əlaqələr ənənəvi tərəfdaşlıq və praqmatizm ruhunda inkişaf edir. Coğrafi və logistika səbəbləri kimi obyektiv məhdudiyyətlərə baxmayaraq, əməkdaşlıq sabit müsbət dinamika nümayiş etdirir. Son dövrdə ölkələr arasında ticarət dövriyyəsi 78 faiz artıb ki, bu da gələcək inkişaf üçün potensialın olduğunu göstərir. Əməkdaşlığın koordinasiyası üçün əsas mexanizm 2008-ci ildən fəaliyyət göstərən Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyadır. Bu mexanizm sayəsində ticarət, investisiyalar, vergi məsələləri, eləcə də gömrük və bank tənzimlənməsi sahələrində sistemli dialoq qurulub. Əlavə əməkdaşlıq kanalı isə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarıdır. Biznes dairələrinin fəallığı neft-qaz, aqrar-sənaye və nəqliyyat-logistika infrastrukturu kimi sahələrdə artır. SOCAR ilə əməkdaşlıq, birgə müəssisələrin yaradılması və Azərbaycan kapitalının Tacikistan iqtisadiyyatına cəlb olunması xüsusilə perspektivli görünür. Bununla yanaşı, 2007-ci ildə imzalanmış Dostluq və Əməkdaşlıq haqqında Müqavilə daxil olmaqla, 60-dan çox sənədi əhatə edən geniş müqavilə-hüquq bazasına baxmayaraq, bir çox razılaşmalar praktiki məzmunla doldurulmalıdır. Tranzit marşrutlarının inkişafı, Azərbaycan peyklərindən istifadə, aqrar sahədə birgə fəaliyyət üzrə vacib sənədlər imzalanıb.

Ticarət nomenklaturasının genişləndirilməsi, sənaye, aqrar, ərzaq, farmasevtika və tekstil məhsullarının qarşılıqlı tədarükünün stimullaşdırılması zəruridir. Xüsusi diqqət kənd təsərrüfatı xammalının emalı, yüngül sənaye, su elektrik enerjisi, logistika və turizm sahələrinə yatırılan investisiyalara yönəldilməlidir. Neft-kimya, maşınqayırma və faydalı qazıntıların hasilatı sahələrində birgə layihələr də perspektivlidir. Tacikistan Azərbaycanın dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsindəki təcrübəsinə (xüsusilə “ASAN xidmət”), texnoparkların inşasına və mədəni ənənələrin, o cümlədən xalçaçılığın qorunub saxlanmasına maraq göstərir. Rəqəmsal əməkdaşlıq, xüsusilə telekommunikasiya, fintex və İT təhsili sahəsində, mühüm istiqamətlərdən biridir. Əməkdaşlığın yeni mərhələyə keçməsi üçün Hökumətlərarası Komissiyanın fəaliyyətini konkret biznes nümunələrinə əsaslanaraq gücləndirmək məqsədəuyğundur. Birgə İnvestisiya Fondunun və ixracyönümlü müəssisələrin dəstəyi üzrə mərkəzin yaradılması imkanına baxmaq faydalı olardı. Bu, məsləhətləşmələrdən uzunmüddətli və davamlı layihələrin reallaşdırılmasına keçidə yardım edər.

- Yeni regional geoiqtisadi reallıqlar, xüsusilə logistika marşrutlarının şaxələndirilməsi kontekstində, Tacikistan Azərbaycanın Trans-Xəzər marşrutunun (Orta Dəhlizin) inkişafı təşəbbüsündə hansı rolu oynaya bilər?

- Qlobal logistik sistemin transformasiyası və nəqliyyat dəhlizləri arasında rəqabətin artdığı şəraitdə Orta Dəhlizin rolu sürətlə artır. Azərbaycan bu dəhlizin əsas iştirakçısıdır. Müasir infrastrukturu və inkişaf etmiş nəqliyyat əlaqələri sayəsində respublika Şərqlə Qərb arasında mərkəzi qovşaq rolunu oynayır. Zəngəzur dəhlizi isə marşrut boyunca fasiləsiz əlaqənin təmin olunmasında əlavə strateji əhəmiyyətə malikdir.

Tacikistan dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Trans-Xəzər marşrutuna davamlı maraq göstərir. Respublikadan, xüsusilə Tacikistan Alüminium Zavodunun məhsulları, artıq Azərbaycanın dəniz və dəmir yolu infrastrukturu vasitəsilə ixrac olunur — bu, Tacikistanın Orta Dəhlizdə real iştirakına bariz nümunədir. Bakı-Düşənbə-Bakı birbaşa aviareysinin açılması isə işgüzar və humanitar əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Tacikistan Xəzər və Qara dəniz limanlarına çıxış əldə etməkdə maraqlıdır və öz logistika marşrutlarını şaxələndirməyə hazırdır. Azərbaycanın infrastrukturuna qoşulmaqla əldə etdiyi əsas praktik üstünlüklər – nəqliyyat xərclərinin azalması, ixrac potensialının artması və daşımaların dayanıqlığının gücləndirilməsidir.

Bundan əlavə, Düşənbə rəqəmsal inteqrasiyaya xüsusi diqqət yetirir, "ağıllı" logistika qovşaqları, peyk naviqasiyası və Azərbaycanın nəqliyyat sektorunun rəqəmsallaşdırılması sahəsindəki təcrübəsi ilə maraqlanır. Bu texnologiyalar, xüsusilə ucqar bölgələr üçün olduqca vacib olan “rəqəmsal dəhliz”in əsasını təşkil edə bilər. Azərbaycan Tacikistan logistik sisteminin beynəlxalq nəqliyyat hablarına — Qazaxıstan, Türkmənistan və Xəzər vasitəsilə — çıxışını təmin etmək üçün modernləşmədə etibarlı tərəfdaş ola bilər. Sоğd və Xatlon vilayətlərində multimodal platformaların yaradılması perspektivlidir. Bu bölgələrdən kənd təsərrüfatı məhsulları, tekstil və alüminiumun Avropa və Yaxın Şərq bazarlarına ixracına yönəlik imkanlar böyükdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Tacikistanın nümayəndəliyinin və ya birgə konsorsiumun yaradılması tranzit idarəçiliyində birbaşa iştirak baxımından məntiqli addım olardı. Həmçinin Tacikistanın Orta Dəhlizdə iştirakının institusional bazasını gücləndirmək üçün İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və “Bir kəmər, bir yol” təşəbbüsü kimi çoxtərəfli platformaların imkanlarından istifadə etmək mühüm əhəmiyyət daşıyır. Birgə Logistika üzrə Koordinasiya Şurasının yaradılması əməkdaşlığa sistemli və davamlı xarakter qazandıra bilər. Tacikistanın Orta Dəhlizin inkişafına cəlb olunması təkcə iqtisadi fürsət deyil, həm də respublikanın beynəlxalq nəqliyyat zəncirlərinə inteqrasiyası üçün mühüm geostrateji seçimdir.

- Bakı ilə Düşənbə arasında enerji sektorunda hansı əməkdaşlıq formaları real görünür? Azərbaycanın Tacikistanın su elektrik energetikasına investisiya yatırması və ya regiona enerji resurslarının tədarükü mümkündürmü?

- Energetika Tacikistan-Azərbaycan əməkdaşlığının ən perspektivli sahələrindən biridir. Ən ümidverici istiqamət – su elektrik energetikasına investisiyalardır. Rogun Su Elektrik Stansiyası (SES) yaşıl enerji sahəsində iştirak və Mərkəzi Asiyada iqtisadi mövcudluğun gücləndirilməsi baxımından azərbaycanlı investorlar üçün flaqman layihəyə çevrilə bilər. Həmçinin Tacikistanın əlçatmayan bölgələrində kiçik su elektrik stansiyalarının inşası aktualdır. Azərbaycanda bu cür layihələri həyata keçirən şirkətlərin təcrübəsi çox faydalı ola bilər. Bərpaolunan enerji mənbələri – günəş, külək və su elektrik enerjisi sahəsində ortaq müəssisələr həm iqtisadi, həm də ekoloji baxımdan maraqlıdır. Bu sahədə əməkdaşlıq, xüsusilə kənd rayonlarında enerji təchizatının mərkəzsizləşdirilməsinə töhfə verə bilər. Qış aylarında enerji resurslarının çatışmazlığı fonunda Düşənbə Azərbaycanın yanacaq məhsullarının tədarükündə maraqlıdır. Xəzər dənizi və Mərkəzi Asiya ölkələrinin ərazisi vasitəsilə mayeləşdirilmiş qaz, dizel və mühərrik yağlarının tədarükü mümkündür. Bu cür tədarüklər Tacikistanın enerji sabitliyini artıra və formalaşmaqda olan regional enerji qovşağının bir hissəsinə çevrilə bilər.

Əməkdaşlığın mühüm istiqamətlərindən biri SOCAR və digər Azərbaycan şirkətlərinin Tacikistanın, xüsusilə ölkənin cənub və şərqində neft və qaz yataqlarında geoloji kəşfiyyat və hasilat işlərində iştirakı ola bilər. Bu, ölkənin milli resurs bazasının inkişafına təkan verəcək. Səylərin əlaqələndirilməsi üçün Hökumətlərarası Komissiya çərçivəsində enerji üzrə işçi qrupun yaradılması və tarifləri, tədarükləri, standartları və texnologiya transferini əhatə edən hökumətlərarası sazişin imzalanması məqsədəuyğundur. Enerji üzrə biznes-forumun təşkili də tərəflərə konkret layihələri və maliyyələşdirmə modellərini təqdim etmək imkanı verərdi. Ümumilikdə, Azərbaycanın Tacikistanın su energetikasına investisiya yatırması iqtisadi cəhətdən əsaslandırılmış və praqmatik addımdır. Bakıdan Düşənbəyə enerji resurslarının müntəzəm tədarükü isə qarşılıqlı fayda və dayanıqlı inkişafa əsaslanan yeni regional enerji arxitekturasının mühüm elementi ola bilər.

- Azərbaycan və Tacikistan arasında ECO çərçivəsində iqtisadi inteqrasiyanın praktik mexanizmlərini qurmaq mümkündürmü? Bu məqsədlə hansı platformalar faydalı ola bilər – investisiya fondları, biznes şuraları, rəqəmsal dəhlizlər?

- Azərbaycan və Tacikistan da daxil olmaqla regionun 10 ölkəsini birləşdirən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün effektiv bir platformadır. Geoiqtisadi dəyişikliklər, bazarların və nəqliyyat marşrutlarının şaxələndirilməsi zərurəti fonunda ECO iki ölkə arasında iqtisadi inteqrasiyanın praktik alətinə çevrilə bilər. 2021-ci ildə Azərbaycan və Tacikistanın müvafiq nazirlikləri arasında yaradılmış işçi qrupu artıq əlaqələndirici rol oynayır. Onun mandatının ECO çərçivəsində genişləndirilməsi dialoqdan konkret layihələrə keçidi təmin edə bilər. Bu baxımdan, əlvan metallurgiya, su enerjisi, nəqliyyat, yüngül sənaye və aqrar-sənaye kompleksi kimi prioritet sahələrdə Azərbaycan–Tacikistan İnvestisiya Fondunun yaradılması mühüm alət ola bilər. Bu fond dövlət-özəl tərəfdaşlığı prinsipləri və ECO-nun maliyyə institutlarının iştirakı əsasında formalaşdırıla bilər. ECO çərçivəsində yaradılan Biznes Şurası iki ölkənin biznes dairələri arasında davamlı əlaqələrin qurulmasına kömək edə bilər: birgə istehsal müəssisələrinin yaradılması, texnologiya mübadiləsi və regional bazarlara çıxış bu istiqamətdə əhəmiyyətlidir. 2020-ci ildə Bakıda açılan Tacikistan Ticarət Evi buna yaxşı nümunədir. Bu mərkəz tacik məhsullarının ixracı üçün platformaya çevrilib.

Azərbaycan–Tacikistan Rəqəmsal Dəhlizi xüsusi əhəmiyyət kəsb edir: gömrük prosedurlarının sinxronlaşdırılması, elektron sənəd dövriyyəsi, e-ticarət və logistik platformaların inkişafı ticarət axınlarını sürətləndirəcək və əməliyyat xərclərini azaldacaq. ECO məhsul sertifikatlaşdırması da daxil olmaqla, rəqəmsal standartlar və protokolların unifikasiyası üçün platforma rolunu oynaya bilər. Bu isə qarşılıqlı ixracın artması üçün kritikdir. Dərinləşdirilmiş əməkdaşlığa nümunə olaraq “Gəncə Əlvan Metal Emalı” ASC-nin bərabər əsaslarla yenidən işə salınması göstərilə bilər. Bu, vahid metallurgiya zənciri yaradacaq. Eyni zamanda, Tacikistanın kənd təsərrüfatı məhsulları və tekstilinin Azərbaycana ixracı (Ticarət Evi və yaradılan logistik mərkəzlər vasitəsilə) ECO-nun institusional dəstəyi ilə - məsələn, aqrosənaye klasterlərinin yaradılması ilə inkişaf etdirilməlidir. Azərbaycandan Tacikistanda kiçik su elektrik stansiyaları və bərpaolunan enerji layihələrinə investisiyalar, eləcə də faydalı qazıntıların işlənməsində iştirak uzunmüddətli enerji tərəfdaşlığının əsasını qoya bilər.

Bundan əlavə, ölkələr ortaq mədəni və tarixi irsə əsaslanan turizm marşrutu da inkişaf etdirə bilərlər. Dövlət və özəl sektor nümayəndələrinin iştirakı ilə ECO çərçivəsində mütəmadi biznes-forumların keçirilməsi yeni təşəbbüslər, yol xəritələri və sazişlərin formalaşması üçün platforma ola bilər. Vahid texniki tənzimləmə və sertifikatlaşdırma platformasının yaradılması (Avrasiya İqtisadi İttifaqı və Avropa Ittifaqı bazarlarının tələblərinə uyğun şəkildə) hər iki ölkənin ixrac və investisiya potensialını əhəmiyyətli dərəcədə artıracaq. ECO çərçivəsində “Azərbaycan–Tacikistan: İnvestisiya və Texnologiyalar” adlı kompleks proqramın təşəbbüs edilməsi məqsədəuyğundur. İnvestisiya fondu, rəqəmsal dəhliz və biznes şuraları Tacikistan-Azərbaycan tərəfdaşlığının gücləndirilməsi üçün real mexanizmlərə çevrilə bilər.

- Azərbaycanın rəqəmsallaşma, dayanıqlı logistika və yaşıl iqtisadiyyat sahəsində hansı yanaşma elementləri Tacikistan üçün maraqlı ola bilər?

- Tacikistan üçün Azərbaycanın rəqəmsal transformasiya, logistika və yaşıl iqtisadiyyat sahəsindəki təcrübəsi modernləşmə prosesində praktik əhəmiyyət daşıyır. İkitərəfli və çoxtərəfli platformalar, o cümlədən ECO çərçivəsində birgə səylər dayanıqlı inkişaf, texnoloji mübadilə və regional inteqrasiya üçün yeni imkanlar yaradır. Xüsusilə maraq doğuran məqam Azərbaycanın regionda ən səmərəli hesab edilən elektron hökumət modeli “ASAN xidmət” sistemidir. Bu sistem biznesin qeydiyyatından sənədlərin alınmasına qədər dövlət xidmətlərinə sürətli və şəffaf çıxışı təmin edir. Tacikistan üçün bu cür həllərin tətbiqi ticarət, kənd təsərrüfatı və təhsil sahələrinin rəqəmsallaşması üçün əsas ola bilər. Eyni zamanda, kibertəhlükəsizlik və İT mütəxəssislərinin hazırlanması sahəsində irəliləyişə təkan verə bilər. Azərbaycan mütəxəssislərinin iştirakı ilə pilot layihələr, bilik və təcrübə mübadiləsi, həmçinin İT kadrları üçün sertifikatlaşdırma proqramlarının yaradılması Tacikistanda rəqəmsal transformasiyanı sürətləndirə bilər. Logistika sahəsində Azərbaycan Trans-Xəzər marşrutu kimi təşəbbüslər çərçivəsində yaşıl və rəqəmsal nəqliyyat dəhlizlərinin yaradılmasında mühüm nailiyyətlər əldə edib. Elektron yük platformalarının, avtomatlaşdırılmış gömrük məntəqələrinin və “ağıllı anbar”ların tətbiqi artıq real nəticələr verir. Tacikistan bu logistik zəncirlərə Xəzər vasitəsilə inteqrasiya edə, yük izləmə sistemlərinə qoşula və Mərkəzi Asiya ilə Qafqaz ölkələri üçün vahid rəqəmsal pəncərə sisteminin formalaşmasında iştirak edə bilər.

Energetika sahəsində Azərbaycan günəş və külək stansiyalarının inkişafına, tikinti və nəqliyyat sektorunda ekoloji standartların tətbiqinə böyük diqqət yetirir. Böyük hidroenerji potensialına malik olan Tacikistan üçün bu istiqamətdə Azərbaycanın kiçik və orta su elektrik stansiyalarına yatırımlarını cəlb etmək, enerji qənaət edən texnologiyalar, ekoloji cəhətdən təmiz istehsal sahələri və tullantı, su resurslarının idarə olunması sistemlərini inkişaf etdirmək mühüm ola bilər. Eyni zamanda, ekoturizm və dayanıqlı kənd təsərrüfatı sahəsində birgə layihələr, texnologiya mübadiləsi və regional yaşıl təşəbbüslərdə iştirak da ölkələr üçün perspektivli əməkdaşlıq sahələri hesab edilə bilər.

- Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq ərzaq təhlükəsizliyi, toxumçuluq, suvarma və aqrar emal sahələrində ümumi maraqlar fonunda hansı rolu oynaya bilər?

- Azərbaycan və Tacikistan arasında aqrar əməkdaşlıq möhkəm hüquqi bazaya əsaslanır və iqlim dəyişiklikləri, təchizatdakı qeyri-sabitlik və ərzaq qiymətlərinin artımı kimi qlobal çağırışlar fonunda inkişaf üçün yüksək potensiala malikdir. 2023-cü ildə Azərbaycan Prezidentinin Düşənbəyə səfəri bu baxımdan dönüş nöqtəsi oldu: “İqtisadi əməkdaşlıq üzrə 2025-ci ilədək fəaliyyət proqramı” və 2023–2024-cü illər üçün aqrar əməkdaşlıq üzrə Yol Xəritəsi kimi iki strateji sənəd imzalandı. Bu razılaşmalar texnologiya mübadiləsindən tutmuş birgə aqrar emala qədər konkret layihələr üçün zəmin yaratdı. Hər iki ölkə ərzaq müstəqilliyinin möhkəmləndirilməsində maraqlıdır. Perspektivli istiqamətlərdən biri ərzaq bazarlarının monitorinqi və proqnozlaşdırılması üzrə kooperasiya platformalarının yaradılması, həmçinin defisit və ya bolluq dövrlərində qarşılıqlı məhsul tədarükü ola bilər. İqlim şəraitinin və kənd təsərrüfatı ənənələrinin müxtəlifliyi seleksiya nailiyyətləri üzrə təcrübə mübadiləsini xüsusilə aktual edir. Quraqlığa davamlı buğda, meyvə və tərəvəz sortlarının sınaqdan keçirilməsi və tətbiqi üzrə birgə proqramlar, regional toxum genetik banklarının yaradılması kənd təsərrüfatının davamlılığını artırmağa imkan verəcək.

Su ehtiyatlarının idarə olunması – xüsusilə yarımsəhra bölgələr üçün – ümumi prioritetdir. Bu sahədə damcı suvarma texnologiyalarının, avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqi, həmçinin suya qənaət üzrə birgə pilot layihələrin həyata keçirilməsi mümkündür. Tacik mütəxəssislər Azərbaycan aqromühəndislik mərkəzlərində təlimlər keçə bilərlər. Meyvə, tərəvəz və süd məhsullarının emalı üzrə birgə müəssisələrin yaradılması, tez xarab olan məhsulların saxlanması və daşınması üzrə Azərbaycan həllərinin tətbiqi, eləcə də mövcud nəqliyyat marşrutları əsasında kooperativ logistika mərkəzlərinin inkişafı hər iki ölkənin əlavə dəyər və ixrac potensialını gücləndirəcək.

- Tacikistan və Azərbaycan arasında ticarətin artmasına hansı addımlar töhfə verə bilər? İxrac və idxalda güzəştli ticarət zonalarının, logistika terminallarının və B2B forumlarının yaradılması nə dərəcədə aktuallıq kəsb edir?

- Tacikistan və Azərbaycan arasında siyasi dialoqun müsbət dinamikasına və hökumətlərarası sazişlərin imzalanmasına baxmayaraq, ticarət sahəsində hələ də əhəmiyyətli reallaşmamış potensial mövcuddur. Ticarət dövriyyəsinin artımı məhsul çeşidinin genişləndirilməsi, logistikanın inkişafı və biznes üçün institusional dəstəyin gücləndirilməsi hesabına mümkündür. Perspektivli istiqamətlər kimi Tacikistandan alüminium, tekstil, quru meyvələr və gübrələrin, Azərbaycandan isə neft-kimya məhsulları, tikinti materialları, avadanlıq və ərzağın tədarükü qeyd oluna bilər. Ticarətin aktivləşdirilməsi üçün tələbat və təklifin monitorinqi, proqnozlaşdırılması mexanizmləri, eləcə də infrastruktur və prosedur baryerlərin aradan qaldırılması vacibdir. Multimodal marşrutların, o cümlədən Xəzər dənizi, İran, Türkmənistan və Özbəkistan üzərindən tranzitin inkişafı əsas əhəmiyyət kəsb edir. Azərbaycanda Ələt limanının istifadəsi və tacik məhsullarının Trans-Xəzər marşrutuna daxil edilməsi yeni bazarlara çıxışı mümkün edir. Gömrük prosedurlarının sadələşdirilməsi, nəzarətin rəqəmsallaşdırılması, “vahid pəncərə” sisteminin tətbiqi, sanitariya normalarının uyğunlaşdırılması və ölkələr arasında elektron sənəd dövriyyəsinin qurulması da xüsusi əhəmiyyət daşıyır.

İki ölkə arasında ikitərəfli ticarət-sənaye zonalarının və ya xüsusi ticarət rejimlərinin yaradılması vacib addım ola bilər. Bu, kiçik və orta biznes üçün stimula çevriləcək, məhdud sayda məhsul üzrə gömrük rüsumlarının azaldılmasına, kənd təsərrüfatı məhsullarının birgə emalı və yığım istehsalının təşkili üçün şərait yaradacaq. Azərbaycanın, xüsusən Ələt Azad İqtisadi Zonasında əldə etdiyi təcrübə Tacikistanda analoji layihələrin həyata keçirilməsi baxımından faydalı ola bilər. Logistika infrastrukturunun inkişafı da zəruri elementdir. Paylayıcı mərkəzlərin, soyuducu terminalların, müvəqqəti anbarların və multimodal habların yaradılması tələb olunur. Xüsusi sektor Azərbaycan ərazisindən Avropa, Türkiyə və Yaxın Şərq istiqamətində Tacik ixracının tranzit potensialını artıracaq nəqliyyat-logistika alyanslarının formalaşmasında fəal iştirak edə bilər.

B2B forumlar və biznes-missiyalar, xüsusilə də iki ölkənin biznes dairələrinin bir-birinin imkanlarından zəif xəbərdar olduğu şəraitdə birbaşa əlaqələrin qurulması baxımından əsas kanallar olaraq qalır. Tacikistan-Azərbaycan biznes-forumlarının sahə assosiasiyaları və investorların iştirakı ilə müntəzəm təşkili, sahəvi sərgilər, eləcə də müəssisə kataloqları və elektron satınalma imkanları təqdim edən onlayn platformalar işgüzar əməkdaşlığın genişlənməsinə ciddi təkan verə bilər. Cari mərhələdə aqrosənaye, logistika və maşınqayırma sahələrinə fokuslanan pilot ticarət-logistika platformasının yaradılması və ikitərəfli biznes forumun təşkili üzrə danışıqların başlanması məqsədəuyğun olardı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik