Ekvadorda həbsxana qiyamları nəticəsində 75 məhkum ölüb
Bakı, 24 fevral, AZƏRTAC
Ekvadorun üç həbsxanasında baş verən qiyamların gedişində ölən dustaqların sayı 75 nəfərə çatıb.
AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, Ekvador Daxili İşlər Nazirliyinin məlumatına görə, qiyamlara bir-biri ilə düşmənçilik edən narkotik alverçiləri bandaları arasında liderlik uğrunda mübarizə səbəb olub. Qiyam ölkənin üç şəhərində - Guayaquil, Cuenca ve Latacungada eyni vaxtda başlayıb.
İnsident zamanı, həmçinin bir neçə gözətçinin yaralandığı bildirilir. İğtişaşlar nəticəsində xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.
Ekvador Prezidenti Lenin Moreno özünün “Twitter” səhifəsində Təhlükəsizlik qüvvələrinin asayişi təmin etmək üçün hərəkətə keçdiyini yazıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]