“Əlaçı” televiziya layihəsinin Şəkidə keçirilən seçim turunda 180 şagird biliyini sınayıb
Şəki, 11 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Fevralın 11-də Şəki şəhərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin şagirdləri arasında “Əlaçı” televiziya layihəsinin zona seçim turu keçirilib. Şəhər 11 nömrəli tam orta məktəbdə təşkil olunan seçim turunda Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonların hər birindən 30 nəfər (15 qız, 15 oğlan) olmaqla, ümumilikdə, 180 nəfər X sinif şagirdi iştirak edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Bildirilib ki, test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Müsabiqənin nəticələri barədə şagirdlərin təhsil aldıqları məktəblər üzrə məlumatlar veriləcək.
Müsabiqənin yekununa görə, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]