Əlcəzairdə nəsli kəsilmiş sayılan “Amyas” hepardı yenidən görünüb
Qahirə, 22 aprel, AZƏRTAC
Əlcəzairin Tamanğest vilayətinin Amfid rayonunda (paytaxtdan 1934 km uzaqlıqda yerləşir) nəsli kəsilmiş sayılan səhra hepardı lentə alınıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, Əmmi Əhməd adlı səyahətçinin lentə aldığı görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Əlcəzairin Mədəniyyət və İncəsənət Nazirliyi bildirib ki, qeydə alınmış bu görüntülər səhra hepardının Ahaqqar Milli Qoruğunun ərazisində yaşadığını bir daha sübut edir. Nazirlik vurğulayıb ki, yırtıcı nəsli kəsilməkdə olan nadir heyvanlardan sayılır. Hepardın görüntüləri eyni regionda bundan əvvəl, 2020-ci ildə qeydə alınmışdı.
Qeyd edək ki, yerli Tuareq qəbilələri səhra hepardını Amyas adlandırırlar.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]