Elçin Allahverdili: BANM sayəsində transmilli şirkətlərlə güclü əlaqələr qurdum
Bakı, 5 mart, AZƏRTAC
Elçin Allahverdili Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının məzunudur. Ali Neft Məktəbinə 2014-cü ildə 680 balla qəbul olub.
Bu barədə AZƏRTAC-a BANM-dən bildirilib. Qeyd olunub ki, 2019-2021-ci illərdə isə o, BANM-in MBA proqramında oxuyub. Biznesin təşkili və idarə edilməsi ixtisasını bitirib. BANM ilə Cenevrə Biznes Məktəbinin ikili diplom proqramının da məzunu olub. GBS Neft və qaz menecmenti üzrə təhsil alıb.
Tələbəlik illərində “Enactus” komandasının kapitanı, tələbə klublarının sədri olub. Komandası ilə birgə dəfələrlə l yeri qazanıb.“Breyn Rinq” bilik yarışında Ali Məktəbi təmsil edib.
“eProject Group”un təşkil etdiyi yarışda 300-dən çox tələbə arasından I yeri tutub. Üç ildir ki, “Halliburton” şirkətində Quyuların tamamlanması üzrə mütəxəssis vəzifəsində çalışır. Qazaxıstan və Qətərə ezam olunaraq orada tamamlama işlərini həyata keçirib. “Azneft” İB-də qazma mühəndisi və sahə mühəndisi kimi çalışıb (2 il).