Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elçin Əhmədov: Ermənistanın hüquqazidd addımlarınının qarşısı alınmalı və beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir

Elçin Əhmədov: Ermənistanın hüquqazidd addımlarınının qarşısı alınmalı və beynəlxalq birliyin iradəsinə tabe etdirilməlidir

Bakı, 23 aprel, AZƏRTAC

XX əsrin sonunda Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilib. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 min azərbaycanlı həlak olub, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Hazırda Azərbaycan ərazisinin 20 faizindən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

O deyib: “Keçən dövr ərzində Ermənistan nəinki işğalçılıq siyasətindən əl çəkməmiş, əksinə, son vaxtlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirmir. Məqsəd danışıqlar prosesini pozmaq və işğalçılıq siyasətini davam etdirməkdir. Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın nəzarətində olan və tanınmamış qanunsuz rejim həmin bölgədə azərbaycanlı əhalinin etnik təmizlənməsi əsasında yaradılmış cinayətkar qurumdur. Məhz buna görə beynəlxalq təşkilatlar və dünya ölkələri də Ermənistanın öz işğalçılıq siyasətini ört-basdır etmək məqsədi ilə Dağlıq Qarabağda əvvəllər keçirdiyi bu cür qondarma “seçkiləri” heç vaxt tanımayıb.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə bildirdi ki, Ermənistan təbliğatına və ümumiyyətlə, münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Sonuncu, qondarma “prezident və parlament seçkilərinin” keçirməsi isə münaqişənin nizama salınmasında 28 ildir vasitəçilik edən ATƏT-in Minsk qrupu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatlar (NATO, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa parlamenti, İƏT, GUAM və s.) və dövlətlər tərəfindən qanunazidd hərəkət kimi qiymətləndirilib və tanınmayıb. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Qeyd olunub ki, Ermənistan danışıqlarda Dağlıq Qarabağın “müstəqil” tərəf kimi iştirakını təmin etməyə çalışır. Amma 2016-cı ilin Aprel döyüşləri onu da sübut etdi ki, işğal olunmuş Azərbaycan ərazisində qondarma və cinayətkar rejimin yaratdığı qurum mifdir. Dördgünlük müharibədə qarşı tərəfin itkiləri arasında bir nəfər də olsun Dağlıq Qarabağ ermənisi yox idi. Çünki “Dağlıq Qarabağ ordusu” mövcud deyil. Orada yalnız Ermənistan silahlı qüvvələri var və torpaqlarımızın 20 faizi bu ölkə tərəfindən işğal olunub. Ona görə də, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində legitim seçkilər yalnız Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş 80 mindən çox azərbaycanlının öz doğma torpaqlarına qayıtmasından sonra Azərbaycan qanunları əsasında keçirilə bilər. Həmçinin, qeyd etmək vacibdir ki, ATƏT-in Minsk qrupunun 1992-ci ildəki mandatına əsasən Azərbaycan və Ermənistan münaqişə tərəfləri, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları isə maraqlı tərəflər kimi qəbul edilib. Yəni, bu beynəlxalq formatdır. Bununla yanaşı, əgər Dağlıq Qarabağ erməniləri münaqişə tərəfi olsaydı, onda Ermənistan 1992-ci ildən ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də 1999-cu ildən başlayaraq iki dövlətin prezidentləri səviyyəsində indiyədək keçirilən 50-dən çox görüşdə iştirak edib müvafiq sənədləri imzalamazdı (2008-ci ilin sonunda Moskvada “Mayndorf” qəsrində Rusiya Prezidentinin iştirakı ilə keçirilən üçtərəfli görüşdə imzalanmış məlum bəyannamə nəzərdə tutulur - E.Ə). Buna görə də Ermənistan, ilk növbədə, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etməli, işğalçılıq siyasətinə son qoymalı, sonra isə münaqişənin nizamlanmasının variantları barədə öz mövqeyini bildirməlidir.

“Ermənistanın iddialarına gəldikdə isə, Dağlıq Qarabağ bölgəsinin erməniləri digər ölkələrdə yaşayan ermənilər kimi, Azərbaycan Respublikasında yaşayan milli azlıqlardan biridir. Beynəlxalq hüququn normalarına görə milli azlıqlar öz müqəddəratlarını təyin edə bilərlər. Lakin bu, müstəqillik formasında ola bilməz. Çünki müstəqil dövlətin ərazisində yaşayan milli azlıqların belə hüquqları yoxdur. Eyni zamanda, xalqların öz müqəddəratını təyinetmə məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalı, bu prinsiplə ziddiyyət təşkil etməməlidir. Bu baxımdan, ermənilərin öz müqəddəratını təyinetmə hüququnu bəhanə etməsi beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin suveren bərabərliyi, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisələri dinc yolla nizama salmaq və başqa dövlətlərin daxili işlərinə qarışmamaq, habelə beynəlxalq hüquqi öhdəlikləri vicdanla yerinə yetirmək kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir.

Ermənistanın stats-kvonu qoruyub saxlamaq siyasətinin başqa bir nümunəsi bunu təsdiq edir. Qeyd etmək lazımdır ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masanın gedişində qeyd edib ki, Madrid prinsipləri, Rusiya tərəfindən 2010-2011-ci illərdə hazırlanan, Kazan sənədi adlandırılan sənədlər mövcuddur. Onun sözlərinə görə, elə layihələr vardır ki, 2019-cu ilin aprelində, Rusiya, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlərinin həmsədrlərin iştirakı ilə Moskva görüşündə açıqlanıb və hazırda onlar fəal şəkildə müzakirə edilir və bu sənədlərdə münaqişənin nizamlanmasına mərhələli yanaşma əsasında yaxınlaşmaq, birinci mərhələdə daha aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafında bəzi rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması nəzərdə tutulur. Rusiya Xarici İşlər naziri əminliklə bildirib ki, bu sənədlərin imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında mühüm addım ola bilər”, - deyə Elçin Əhmədov bildirib.

Qeyd olunub ki, Rusiyanın Xarici İşlər nazirinin bu açıqlamasının ardınca Ermənistan Xarici İşlər naziri buna cavab olaraq Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirərək, hətta Ağdam rayonunu “təhlükəsizlik zolağı” olaraq elan edib, eləcə də indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri inkar edib. Artıq tam aydındır ki, Ermənistan sülh istəmir, ancaq vaxtaşırı danışıqlar adı ilə imitasiya ilə məşğuldur. Ermənistan Xarici İşlər nazirinin verdiyi cavab, yəni heç bir güzəştdən söhbət gedə bilməz ifadəsi buna sübutdur. Ermənistan rəsmilərinin belə mövqeyi onu təsdiq edir ki, vaxt uzatmaq taktikası ilə hərbi gücdən istifadə edərək Azərbaycan ərazilərinin anneksiyasına nail olmağa israrla cəhd göstərir. Ermənistan rəsmilərinin məsuliyyətsiz və təcavüzkar siyasətin davam etməsində vasitəçilərin də yaxasını kənara çəkmək haqqı yoxdur. Çünki, onlar tərəfsiz vasitəçilik üçün beynəlxalq öhdəlik götürüblər. Ona görə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən tarixi reallıqları, münaqişənin əsl mahiyyətini əks etdirməyən, eləcə də hər cəfəng fikirlər ATƏT-in Minsk qrupunun ciddi qınaq obyektinə çevrilməlidir. Lakin həmsədrlərin ənənəvi bəyanatları da elə status-kvonu qoruyub saxlamağa çalışan Ermənistanı hər dəfə bir az da şirnikləndirir.

O deyib: “Onu da qeyd etmək lazımdır ki, 1992-ci il martın 24-də ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupun 1997-ci ildən həmsədrləri (ABŞ, Fransa və Rusiya) münaqişənin ədalətli həlli üçün təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. ATƏT-in Minsk qrupuna həmsədrlik edən böyük dövlətlər münaqişədə kimin haqlı olduğunu gözəl başa düşürlər. Bu baxımdan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilir. Lakin, tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Bəzən münaqişə tərəflərinin öz aralarında razılığa gəlməsi fikirləri səsləndirilir. Sual doğurur, əgər münaqişə tərəfləri öz aralarında razılığa gələ bilirdilərsə, onda Minsk qrupunun yaradılması nə məqsəd daşıyırdı və bu qurumun keçən dövr ərzində apardığı çoxsaylı danışıqların mənası nə idi? Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna ona olan ümidləri də heçə endirir. Bu səbəbdən, beynəlxalq birlik təcavüzkarı öz adı ilə çağırmalı, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin etnik təmizləməyə məruz qalmış, öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların hüquqlarının bərpa olunmasına çalışmalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısında, eləcə də oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında tutarlı faktlarla çıxış etdi. Bu il fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələri zamanı Ermənistan baş nazirinə beynəlxalq hüquqdan və tarixdən əsl dərs keçdi. Ermənistanın baş naziri Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söylədiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb: “O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan”.

27 il əvvəl - aprelin 30-da BMT TŞ-nin 3205-ci iclasında Ermənistan-Azərbaycan münaqişəsinə dair ilk 822 saylı qətnamə qəbul edildi. Sənəddə Təhlükəsizlik Şurası tərəfindən işğalçı qoşunların Kəlbəcər rayonundan və Azərbaycanın digər işğal olunmuş digər ərazilərindən dərhal çıxarılması tələb olunurdu. 1993-cü il ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi sonrakı 853, 874 və 884 saylı (Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalı ilə əlaqədar) qətnamələrində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilirdi. Lakin qəbul edilmiş sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, Ermənistan Respublikasının açıq-aşkar işğalçılıq mövqeyi tutması nəticəsində bu qətnamələr indiyədək yerinə yetirilməyib.

Ermənistan respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, 1970-ci il 24 oktyabr tarixli beynəlxalq hüququn prinsipləri haqqında Bəyannamədə, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozub. Bununla yanaşı, Ermənistan başqa dövlətlərin ərazisində yaşayan erməni icmalarının hüquqlarını müstəqil xalqların əsas kütləsinin hüquqları ilə qəsdən qarışdırır və müstəqil dövlətlərin ərazi bütövlüyünə münasibətdə erməni etnik qruplarının hüquqlarına əsassız üstünlük verir. Beynəlxalq hüquq normalarının bu cür ermənisayaq təfsiri dövlətlərin ərazi bütövlüyü və sərhədlərin pozulmasının qeyri-mümkünlüyü haqqında 1990-cı il noyabrın 21-də qəbul edilmiş yeni Avropa üçün Paris Xartiyasına da tamamilə ziddir və qəbuledilməzdir.

Bu baxımdan, münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır. Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti 30 ildən artıqdır ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bununla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri təcavüzkarın özünü cəzasızlıq şəraitində hiss etməsinə imkan verməməli, Ermənistan rəsmilərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü kobud surətdə pozan hüquqazidd addımlarını pisləməli, onun qarşısını almalıdır.

Ona görə də beynəlxalq birlik münaqişənin sülh yolu ilə həlli üçün BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr əsasında Ermənistanı sülhə məcbur etməli və açıq-aşkar anneksiya siyasəti yürütdüyünə görə ona təzyiqləri artırmalı, işğalçılıq siyasətinə son qoyulması üçün qəti praktik addımlar atmalı və təcavüzkarı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb