ELEKTRİK ENERJİSİ İSTEHLAKI ÜZRƏ ÖDƏNİŞİN MİQDARI ARTMIŞDIR
Naxçıvan Muxtar Respublikasında son iki ay ərzində elektrik enerjisi istehlakı üzrə ödənişin miqdarı 70 faiz təşkil etmişdir. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu, əvvəlki aylarla müqayisədə xeyli çoxdur. Artıq abonentlərin sayğaclaşdırılması, elektrikötürücü xətlərin və kabellərin dəyişdirilməsi, yeni texnologiyanın tətbiqi ilə əhaliyə verilən elektrik enerjisinin keyfiyyətinin və davamlılığının yaxşılaşdırılması sayəsində mümkün olmuşdur.
Həyata keçirilən tədbirlər və əhali arasında aparılan izahat işləri elektrik enerjisindən qənaətlə istifadə edilməsinə də səbəb olmuşdur. Nəticədə cari ilin avqustunda muxtar respublikada ötən ilin müvafiq dövründəkindən 1,566 milyon kilovat-saat az - 76 milyon kilovat-saat elektrik enerjisi işlədilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:20]
2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir
- 16.10.2026 [13:43]
Azərbaycanda ət və yumurta istehsalı artıb
- 16.10.2026 [13:41]