ELEKTRİK ENERJİSİ TƏCHİZATI YAXŞILAŞACAQDIR
Məhdud Məsuliyyətli Cəmiyyətin investisiya proqramına əsasən, 2006-2015-ci illərdə Bakı və Sumqayıt şəbəkələri üzrə 140 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılan sərmayə qoyuluşu Azərbaycanın bugünkü sürətli inkişafını təmin etmir. Ona görə də, Bakı, Sumqayıt və şimal rayonlarının sosial və iqtisadi inkişafının davamlılığını təmin etmək üçün iki il ərzində 154 milyon ABŞ dolları məbləğində investisiya layihələri hazırlanmışdır. Bu layihələrə görə, 16 yeni yüksək gərginlikli yarımstansiya, 100 ədəd orta gərginlikli transformator mərkəzinin quraşdırılması, eləcə də yenidənqurma işlərinin aparılması, yeni elektrikötürmə xətlərinin çəkilişi və mövcud xətlərin yeniləşdirilməsi nəzərdə tutulur.
Bu tədbirlər elektrik enerjisi təchizatını daha da yaxşılaşdıracaq, enerji itkilərinin azalmasına zəmin yaradacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:46]
ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb
- 09.10.2026 [12:28]
Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK
- 09.10.2026 [12:07]
Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb
- 09.10.2026 [11:57]
İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb
- 09.10.2026 [11:54]
Fiziki şəxslərin banklardakı əmanətləri artıb
- 09.10.2026 [11:53]