Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əli Həsənov: Azərbaycan İslam aləminin dünyəvi modelinin həqiqi nümunəsidir

Bakı, 08 fevral, AZƏRTAC

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Forum Daily” amerikan-yəhudi qəzetinin suallarına cavab verib. Bakının yüksək vəzifəli rəsmisi müsahibəsində Azərbaycanın sivilizasiyalararası dialoq sahəsində təcrübəsi və nailiyyətləri haqda, habelə Azərbaycan ilə İsrail arasında əməkdaşlıq mövzusu barədə fikirlərini söyləyib. AZƏRTAC müsahibəni təqdim edir.

 - Azərbaycanın yerləşdiyi regionda mürəkkəb geosiyasi vəziyyət müşahidə olunur: qeyri-sabitlik, silahlı münaqişələr, radikalizmin güclənməsi, bəzi qonşuların təcavüzkar xarici siyasəti, terror təhlükəsi və s. Sizin fikrinizcə, bu gün Azərbaycan üçün  mövcud olan əsas təhdidlər hansılardır?

- Cənubi Qafqaz regionu böyük geosiyasi əhəmiyyətə və inkişaf potensialına malikdir. Məhz Azərbaycanın təşəbbüsü ilə başlanmış enerji, nəqliyyat layihələri və digər transmilli layihələr regionun firavanlaşması üçün əlverişli zəmin yaradıb. Lakin həll edilməmiş ərazi münaqişələri - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan-Abxaziya, Gürcüstan-Cənubi Osetiya, Rusiya-Ukrayna münaqişələri və digərləri sabitliyin pozulmasına şərait yaradır və onlar regional təhlükəsizlik üçün bilavasitə təhdid mənbəyidir. Məsələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi qonşu Ermənistan tərəfindən işğal edilib, bu təcavüz nəticəsində bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, öz yurdlarında qırğına məruz qalıb. Əminliklə bu fikirdəyəm ki, Avropada yəhudilərə qarşı dəhşətli soyqırımının - Holokostun şahidi olmuş yəhudi xalqı bizim ağrılarımızı və günahsız insanların iztirablarını - 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktının ağrı-acısını anlayır və buna ürəkağrısı ilə yanaşır. Bununla əlaqədar, İsrail Prezidenti Reuven Rivlinin bu yaxınlarda, Holokost qurbanlarının xatirəsinə həsr edilmiş Beynəlxalq Anma Günü çərçivəsində BMT Baş Məclisinin tribunasından çıxışını xüsusi qeyd etmək istərdim. Cənab Prezident həmin çıxışında XX əsrin digər faciəli hadisələri ilə yanaşı, Xocalı soyqırımını da qeyd etdi. Buna görə ona minnətdarıq.

Separatçılar tərəfindən ələ keçirilmiş, hazırda nəzarətsiz qalan ərazilər, o cümlədən Dağlıq Qarabağda və onun ətrafında “boz zonalar” deyilən ərazilər beynəlxalq terrorizmin, narkobiznesin, qanunsuz silah alverinin və başqa əməllərin geniş yayılması üçün ideal yerdir. Əlbəttə, qonşu ölkələrin də buna oxşar vəziyyətlə üzləşməsi faktını nəzərə alsaq, möhkəm regional təhlükəsizlik və regional sabitlik barədə danışmaq xeyli çətindir. Mürəkkəb geosiyasi vəziyyətə baxmayaraq, biz müstəqillik illəri ərzində Azərbaycanı güclü, çiçəklənən və davamlı inkişaf edən ölkəyə çevirməyə nail olmuşuq. Dünyada səngimək bilməyən qarşıdurmalar, radikalizmin güclənməsi və dini dözümsüzlük fonunda beynəlxalq birlik müasir və güclü Azərbaycanın timsalında bir sıra ölkələr üçün həqiqətən real nümunə müşahidə edir.

- Siz necə hesab edirsiniz, İslamı və dövlətin dünyəvi əsaslarını özündə birləşdirən inkişaf etmiş cəmiyyət qurmaq, ümumiyyətlə, mümkündürmü?

Dövlətimizin başçısı bu günlərdə Davosda keçirilmiş Dünya İqtisadi Forumunda çıxışında qeyd etdi ki, biz hamımız öz ölkələrimizdə sabit və dinc inkişaf görmək istəyirik. Radikalizm bizim hamımız üçün təhdid mənbəyi, ölkələrimizin geosiyasi mövqeyi isə radikalların Avropa qitəsinə soxulması qarşısında təbii maneədir. Azərbaycan müasir və dünyəvi müsəlman ölkəsi nümunəsidir. Bu, o deməkdir ki, müsəlman ölkəsində də ənənəvi dinlərə hörmətlə yanaşan və ümumbəşəri dəyərlərə söykənən müasir, dünyəvi cəmiyyət qurmaq olar.

2015-ci ilin iyununda Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. 2017-ci ildə isə ölkəmiz İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Bu, ümumdünya və sivilizasiyalararası ənənələri, dəyərləri özündə birləşdirən müasir müsəlman ölkəsinin əyani nümunəsidir.

- Azərbaycanın xarici siyasətinin əsas prinsipləri hansılardır?

- Bərabərhüquqlu əməkdaşlıq, beynəlxalq hüquq normalarına hörmət, başqa ölkələrin daxili işlərinə qarışmamaq Azərbaycanın xarici siyasətinin mühüm prinsipləridir. Azərbaycan regionun və dünyanın bütün ölkələri ilə, o cümlədən İsrail ilə məhz bu prinsiplər əsasında əməkdaşlıq edir. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra həm Qərb və Şərq ölkələri ilə, həm hə qonşu dövlətlərlə sıx siyasi əlaqələr yaradıb. Neft-qaz və nəqliyyat sahəsində bizim transmilli əməkdaşlığımız regionun və Avropanın enerji xəritəsini dəyişib. Biz beynəlxalq terrorizmə qarşı mübarizədə beynəlxalq koalisiyaya hərtərəfli kömək etmişik və edirik, Kosovoda, Əfqanıstanda və İraqda sülhməramlı missiyalarda iştirak etmişik. Azərbaycan ilə dünyanın digər ölkələri arasında qarşılıqlı faydalı əməkdaşlığa dair xeyli nümunə göstərmək olar.

- Radikal İslam Azərbaycan üçün nə dərəcədə təhlükəlidir?

- Əlbəttə, müəyyən qüvvələr Azərbaycanda da daxili vəziyyəti kəskinləşdirməyə, respublikada ictimai-siyasi sabitliyi pozmağa vaxtaşırı cəhdlər göstəriblər və göstərirlər. Dini amil vasitəsilə də cəmiyyətdə sabitliyi pozmaq cəhdləri müşahidə olunur. Lakin Azərbaycan xalqının tolerantlıq ənənələrinə, multikulturalizm ideyasına sadiqliyi və hökumətin bu istiqamətdə məqsədyönlü siyasəti Azərbaycanda dini radikalizmin yayılması yolunda həqiqətən maneədir. Azərbaycan xalqı və respublika rəhbərliyi seçdiyimiz dünyəvi dövlət modelinin yerini dini dövlət modelinin tutmasına heç vaxt imkan verməyəcək və bu siyasət gələcəkdə də davam etdiriləcək.

- Siz Azərbaycan ilə İsrail arasında indiki münasibətləri necə səciyyələndirərdiniz və gələcəkdə bu münasibətlərin inkişafını necə təsəvvür edirsiniz?

- Son illərdə Azərbaycan dünyanın dinamik inkişaf edən ölkəsinə çevrilib və Cənubi Qafqazın regional lideri, siyasi, iqtisadi və humanitar mərkəzi statusunu möhkəmləndirib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olanda beynəlxalq hüquq normalarını rəhbər tutaraq bütün dünyada beynəlxalq münasibətlər sistemini tənzimləyən qərarlar qəbul edilməsində fəal və prinsipial mövqe tutub.

Azərbaycan dünyanın bütün ölkələri ilə münasibətlərin qorunub saxlanmasına və inkişafına yönəlmiş, tarazlaşdırılmış xarici siyasət yürüdür. Məmnunluqla qeyd edə bilərəm ki, Azərbaycan ilə İsrail arasında həm ikitərəfli, regional, həm də beynəlxalq məsələlərdə qarşılıqlı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Siyasi sahədə ölkələrimizin rəhbərliyi arasında qarşılıqlı anlaşmanı və xeyirxah münasibətləri qeyd etmək istərdim.

Biz iqtisadi sahədə fəal əməkdaşlıq edirik, energetika, qabaqcıl texnologiyalarla təchizat, hərbi, telekommunikasiya, kənd təsərrüfatı və başqa sahələrə xüsusi diqqət yetiririk. Xalqlarımız, ictimai təşkilatlar, KİV-lər, habelə diaspor təşkilatları arasında sosial-mədəni, mənəvi və insani münasibətlər də mühüm rol oynayır.

İkitərəfli və çoxtərəfli münasibətlərin perspektivlərini isə yalnız müsbət qiymətləndirmək olar. Regional və beynəlxalq münasibətlərdə əməkdaşlığın inkişaf etdirilməsi və dərinləşdirilməsi üçün böyük potensial var.

Təəssüf ki, vaxtaşırı bəzi beynəlxalq qüvvələrin bu münasibətləri pozmağa yönəlmiş cəhdləri müşahidə olunur.Lakin biz əminik ki, bu cür cəhdlərin heç bir nəticəsi olmayacaq. Həmçinin ümid edirik ki, bu yaxınlarda İsrailin bəzi qəzetlərində dərc edilmiş antiazərbaycan ruhlu qərəzli məqalələr istər İsrailin rəsmi dairələri, istərsə də ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul edilmir.

- Azərbaycan İsrail Dövləti ilə müsəlman dünyası arasında körpü ola bilərmi?

- Respublikada rəsmi səviyyədə dünyəvi, modernləşdirilmiş, multikultural cəmiyyət siyasətinin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanı dünyanın humanitar mərkəzlərindən birinə çevirmək məqsədinə daim sadiq olmasına dəlalət edir. Bizdə milli azlıqların, dini konfessiyaların, o cümlədən 20 minlik yəhudi icmasının bütün hüquqları, onun mədəni və dini həyatı tam təmin olunub. Qeyd etmək istəyirəm ki, İsraildə də ölkəmizdən getmiş 70 mininsanı birləşdirən Azərbaycan diasporu mövcuddur.

Qeyd etmək lazımdır ki, İslam dünyasının tərkib hissəsi olan Azərbaycan, eyni zamanda, həm bütün İslam ölkələri, həm də İsrail ilə dostluq əlaqələri saxlayır. Hesab edirəm ki, bu praktika da sivilizasiyalararası ikitərəfli münasibətlərdə model rolu oynaya bilər.

Azərbaycan hesab edir ki, müasir dünyada milli və dini qarşıdurmalara, ərazi iddialarına, milli və dini dözümsüzlüyün, zorakılığın və düşmənçiliyin süni şəkildə qızışdırılması yolu ilə gərginliyin artırılmasına yer yoxdur. Bütün məsələlər beynəlxalq hüquq, konstruktiv dialoq və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir. Lazım gəldikdə ölkəmiz Yaxın Şərqdə, İsrail ilə İslam dünyası arasında sülhün və sabitliyin möhkəmlənməsi işinə öz töhfəsini verə bilər.

- Bu gün Azərbaycanın yəhudi icmasının vəziyyəti necədir və bu icma Azərbaycan-İsrail münasibətlərinə necə təsir göstərir?

- Əlbəttə, istər əslən Azərbaycandan olan və hazırda İsraildə yaşayan yəhudilər, istərsə də Azərbaycanın yəhudi icması Azərbaycan ilə İsrail arasında əlaqələrin təşəkkülündə və möhkəmlənməsində böyük rol oynayıblar və oynayacaqlar.

Milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları ortaq tarix, ortaq tale və ortaq maraqlarla bağlıdır. Azərbaycanda yaşayan başqa xalqların və etnik azlıqların nümayəndələri kimi, yəhudilər də həmişə bu cəmiyyətin tamhüquqlu üzvləri olublar, onlar heç vaxt özlərini qərib hiss etməyiblər. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə İsrail dövləti istisna olmaqla dünyada yəhudilərin yığcam şəkildə yaşadıqları yeganə yerdir. Əminliklə deyə bilərəm ki, Ermənistanda yaşayan yəhudilərdən fərqli olaraq Azərbaycan yəhudiləri heç vaxt hər hansı antisemitizm təzahürləri ilə üzləşməyiblər. Hətta dünyanın müxtəlif ölkələrində antisemitizm qığılcımları və antiisrail əhval-ruhiyyəsinin kəskinləşdiyi dövrlərdə də Azərbaycanda yəhudilərə dostcasına münasibət qorunub saxlanıb.

Yəhudi icması fəal vətəndaş mövqeyi göstərir, Azərbaycanın ictimai, siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayır. Bu icma ölkə parlamentində də təmsil olunub - Yevda Abramov Milli Məclisin insan hüquqları komissiyası sədrinin müavinidir.

Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı qeydiyyata alınıb və fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail” Cəmiyyəti, Azərbaycanın Yəhudi Qadınlar Assosiasiyası, “Yəhudi Mədəniyyəti Mərkəzi” kimi təşkilatların, habelə “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsinin və başqalarının fəaliyyətini qeyd etmək istərdim. Yəhudi icmalarının və İsrailin Bakıdakı səfirliyinin dəstəyi ilə bu təşkilatlar tərəfindən çoxsaylı mədəni tədbirlər keçirilir, yəhudi ədəbiyyatı nəşr edilir, müxtəlif tədbirlər təşkil olunur.

Hazırda Azərbaycanın paytaxtında, habelə Quba və Oğuz şəhərlərində yeddi sinaqoq fəaliyyət göstərir. 2003-cü və 2012-ci illərdə Bakıda Azərbaycan dövlətinin hesabına dini tədbirlər üçün iki yeni sinaqoq tikilib istifadəyə verilib. Öz memarlıq xüsusiyyətləri ilə seçilən bu binalar Avropada ən iri sinaqoqlardandır. Respublikada fəaliyyət göstərən yəhudi dini icmasına hər il Azərbaycanın dövlət büdcəsindən maliyyə yardımı ayrılır.

Azərbaycanın Yəhudi Qadınlar Təşkilatının təşəbbüsü ilə ən müasir avadanlıqla təchiz olunmuş ilk yəhudi uşaq bağçası açılıb. Bakıda və Qubada fəaliyyət göstərən beş yəhudi məktəbində 1500-ə yaxın şagird oxuyur. Bakı şəhərindəki 46 nömrəli ümumtəhsil məktəbinin bazasında ivrit dilinin, yəhudi mədəniyyəti və tarixinin öyrənilməsi üzrə siniflər açılıb. 2003-cü ildən Bakıda özəl yəhudi məktəbi fəaliyyət göstərir, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin tədris proqramına ivrit dilinin tədrisi daxil edilib. 2010-cu il oktyabrın 4-də Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıda yaşayan yəhudi uşaqlar üçün nəzərdə tutulan “Xabad-Or-Avner” təhsil mərkəzi açılıb. Mərkəzin açılış mərasimində Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, MDB-nin Yəhudi İcmaları Fondunun və Beynəlxalq “Or-Avner” Fondunun rəhbəri Lev Levayev iştirak ediblər.

“Azİz” Azərbaycan-İsrail Dostluq Cəmiyyəti “Azərbaycan-İsrail” adlı qəzet, Qırmızı Qəsəbədəki “Yedinstvo” (“Birlik”) cəmiyyəti isə “Qudyal” adlı jurnal nəşr edir.

Azərbaycanda yaşayan yəhudilər öz milli və dini bayramlarını geniş miqyasda qeyd edirlər, Azərbaycan dövlətinin başçısı isə hər il yəhudi icmasına rəsmi müraciətlə çıxış edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO