ƏLİLLƏR ÜÇÜN YENİ BİNA TİKİLİR
İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, eyni qəbildən olan adamların sosial problemlərinin həlli məqsədilə rayonda dövlət sifarişilə 32 mənzilli yaşayış binası tikilir. Podratçı 6 saylı İnşaat İstehsalat Təsərrüfat İdarəsi 20 min manatlıqdan artıq tikinti-quraşdırma işləri görmüşdür. Burada 30 nəfər işlə təmin edilmişdir. Binanın tikintisinin bir il ərzində başa çatdırılması nəzərdə tutulur.