Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində təkliflər müzakirə olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
DOST Agentliyində əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqinin həyata keçirilməsi çərçivəsində növbəti görüş olub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə DOST Agentliyi ilə Azərbaycan Banklar Assosiasiyası arasında Anlaşma memorandumuna əsasən əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi komissiyası ilə əməkdaşlıq çərçivəsində birgə fəaliyyət haqqında müzakirələr aparılıb.
Görüşdə əlilliyi olan şəxslərin hüquqları sahəsində dövlət monitorinqi Komissiyası tərəfindən Azərbaycan Banklar Assosiasiyasına təqdim edilən təkliflər paketi müzakirə olunub, həmçinin Tədbirlər Planı çərçivəsində fəaliyyətin müəyyənləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıları müzakirə olunan məsələlərlə bağlı rəy və təkliflərini ifadə ediblər.