Əlliyə yaxın şəxsə qarşı dələduzluq edən qadın yaxalanıb
Bakı, 4 mart, AZƏRTAC
Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinə müraciət edən Masallı rayon sakini K.İbişov cari il fevralın 25-də Neftçala rayon sakini S.Panəliyeva tərəfindən aldadılaraq 20 manatının alındığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Dələduzluq etməkdə şübhəli bilinən S.Panəliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Polis əməkdaşları tərəfindən onun digər əməllərinin də üstü açılıb. Belə ki, S.Panəliyevanın 50-yə yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq hər birindən 20 manat pul aldığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]