Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Elman Nəsirov: Ermənistanda postpandemiya dövrünün kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil

Elman Nəsirov: Ermənistanda postpandemiya dövrünün kəskin kataklizmlərlə müşayiət olunacağı istisna deyil

Bakı, 23 aprel, AZƏRTAC

Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov “Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə, yoxsa inqilab?” adlı məqaləsində Ermənistanın postpandemiya dövründə ağır böhranla üzləşəcəyindən bəhs edir.

AZƏRTAC xəbər verir ki, müəllif məqaləsində COVID-19 pandemiyasının artıq dördüncü aydır dünyanın gündəliyini müəyyən edən əsas məsələyə çevrildiyini yazır. Bildirir ki, bu fonda dünya gündəliyinin digər aktual məsələləri “strateji pauza” mövqeyindədir. Pandemiyanın səngiməsi və sonrakı “təslimi” reallığında “strateji pauza”nın pozulması labüddür. Bu halda nə qədər paradoksal olsa belə, tarixə çevrilmiş koronavirus mərhələsinin postkoronavirus dövrünün də siyasi, iqtisadi və təhlükəsizlik gündəliyini formalaşdıran əsas amillərdən birinə çevriləcəyi şübhə doğurmur. Məsələyə bu kontekstdə yanaşdıqda koronavirusa qədər olan münaqişələrin tənzimlənməsi prosesində müəyyən intensivliyin müşahidə olunacağını proqnozlaşdırmaq mümkündür.

Elman Nəsirov məqaləsində yazır: “Mümkünlüyü istisna olmayan digər həqiqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yeni reallıqların ortaya çıxması ilə bağlıdır. Haqqında bəhs edəcəyimiz bu yeni reallıqlar münaqişənin həlli prosesində həm sülh, həm də müharibə versiyasının bəlkə də heç zaman olmadığı səviyyədə aktuallığını artırıb. Ya sülh, ya da müharibə istiqamətində həlledici addımların atılmasının zəruriliyini postpandemiya dövrünün yeni reallıqları şərtləndirir. Fikrimizi əsaslandırmağa çalışaq. Bu məqsədlə münaqişənin həlli perspektivləri ilə birbaşa əlaqəsi olan bir neçə vacib hadisənin üzərində xüsusi olaraq dayanaq. Vacib məsələlərdən birincisi odur ki, eks-prezident Serj Sarkisyan aprelin 16-da beş saat ərzində 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın biabırçı məğlubiyyəti ilə bağlı xüsusi “Deputat komissiyası” qarşısında ona qarşı qaldırılan ittihamlara cavab verməli olub. Həmin komissiyanın rəhbəri “Mənim addımım” adlı hakim blokdan olan deputat Andranik Koçaryan idi. Bu faktın özü artıq xeyli mətləblərə işıq saçır. Faktiki olaraq, Paşinyan hakimiyyətinin bu ilin iyun ayında “deputat komissiyası”nın işini yekunlaşdıraraq Serj Sarkisyanı da Robert Köçəryanın yanına-məhbəsə göndərəcəyinə həm Ermənistanda, həm də işğal altındakı Dağlıq Qarabağda ictimai fikir hazırlanmaqdadır. İstisna deyil ki, bu realıq Ermənistan və Dağlıq Qarabağ klanları arasında dərinləşməkdə olan mübarizəyə yeni ştrixlər əlavə edə bilər. Bu yeni ştrixləri şərtləndirən digər ikinci vacib hadisə isə Dağlıq Qarabağda separatçı rejimdə keçirilən qondarma “prezident seçkisi”nin qalibi statusuna, 11 il ərzində separatçı “hökumət”ə rəhbərlik etmiş, Ermənistanda “məxməri inqilab”dan sonra istefa verərək Nikol Paşinyana loyallıq göstərən oliqarx Araik Arutunyan yüksəldilib. Aprelin 19-da baş nazir Nikol Paşinyan onu İrəvanda təbrik edib. Dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü də bu qondarma “seçkilər”in nəticələrini tanımayıb”.

Məqalədə bildirilir ki, Qarabağ klanı artıq 2018-ci ildən vahid orqanizm olaraq mövcud deyil. O iki hissəyə: Paşinyanın tərəfdarları və əleyhdarlarına bölünüb. Aramik Arutunyanın gəlişi ilə bu parçalanma prosesinin yeni müstəviyə keçəcəyini indidən proqnozlaşdırmaq mümkündür. Bu halda Nikol Paşinyanın “parçala, hökm sür” klassik prinsipinə istinad edərək klanın bir hissəsinin mənafeyini nəzərə alıb onların təhlükəsizliyinə və gəlirlərinə zəmanət verməklə qeyri-loyal olan digər qanadına qarşı amansız mübarizə aparacağını söyləmək mümkündür. Daha sonra isə dəstək verdiyi hissənin öz daxilində də yenidən təmizləmə kampaniyası aparacağı labüd görünür. Bu prosesin Qarabağ klanı daxilində tam loyal təbəqənin formalaşacağı zamanadək aparılacağı şübhə doğurmur. Məqsəd bu klanı təkləyib hissə-hissə zərərsizləşdirməkdən ibarətdir. Məsələyə bu kontekstdə yanaşdıqda Qarabağ klanının zirvəsində olmuş şəxsin- separatçı rejimin keçmiş “prezident”i Bako Saakyanın nümayişkaranə şəkildə həbsinin olacağı istisna edilmir. Bu həmin klanın “ipə-sapa yatmayan” iddialı simalarına ibrət dərsi vermək anlamını özündə əks etdirən addım ola bilər.

Deputat yazır: “Bu məsələdə üçüncü vacib amil isə aprelin 21-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə videoformatda keçirilən görüşündən əvvəl verdiyi bəyanatla bağlıdır. Belə ki, S.Lavrov görüşdən əvvəl A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun təşkil etdiyi dəyirmi masada çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, danışıqlar masası ətrafında Qarabağ münaqişəsinin mərhələli həllini özündə ehtiva edən sənədlər müzakirə olunur və həmin sənədlərin imzalanması BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra olunmasında mühüm addım olardı.

Lavrovun bu bəyanatı Ermənistanda Paşinyan hökumətinə qarşı olduqca ciddi ittihamların irəli sürülməsinə, hətta ölkənin xarici işlər naziri Zöhrab Mnatsakanyanın istefaya göndərilməsinə qədər tələblərin səslənməsinə rəvac verib. Paşinyanın ölkədaxili əleyhdarlarının mövqeyinə görə, Sergey Lavrovun səsləndirdiyi bu fikirlər həqiqəti əks etdirmir və əgər bu, dezinformasiya diversiyasıdırsa, deməli, Ermənistan-Rusiya münasibətləri ən bərbad vəziyyətdədir və bunun məsuliyyəti, ilk növbədə, Ermənistan hakimiyyətinin yarıtmaz fəaliyyətinin üzərinə düşür. Yox, əgər səslənən fikirlər həqiqəti əks etdirirsə, bu, artıq Ermənistanın milli və dövlət maraqlarının iflasıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyanın Ermənistanın milli maraqlarına xəyanətdə açıq şəkildə ittiham olunması ölkədaxili situasiyanın kifayət qədər mürəkkəb vəziyyətdə olduğunun göstəricisi hesab edilə bilər. Bundan başqa, Nikol Paşinyanın Ermənistanın İctimai Televiziyasında çıxışından öncə “texniki kadrlar”ın efirdə göstərilməsi və həmin kadrlarda onun tez-tez öskürməsi, butulkadan su içməsi və bu kontekstdə onun koronavirus daşıyıcısı olmasını təbliğ edən videogörüntülərin sosial şəbəkələrdə yayılması, əslində, hakimiyyətin sosial dayaqlarının kifayət qədər zəifləməsi və nüfuzunun fəlakətli səviyyədə aşağı düşməsinin göstəricisi hesab oluna bilər”.

Elman Nəsirov dördüncü amilin Sergey Lavrovun münaqişənin tənzimlənməsi ilə bağlı məlum mövqeyi və bu kontekstdə Ermənistanda ictimai fikrin Nikol Paşinyan və Zöhrab Mnatsakanyan əleyhinə sərtləşməsinin sonuncunun radikal və ritorikaya söykənən davranışını şərtləndirdiyini vurğulayır. Bildirir ki, Zöhrab Mnatsakanyan bəyan edib ki, yalnız 2014-cü və 2016-cı illərdə mərhələli həll variantı danışıqlar predmeti olmuş, lakin erməni tərəfinin maraqlarını təmin etmədiyindən qəbul edilməmişdir. Hazırda danışıqlar stolunda heç bir sənəd yoxdur. Yalnız ayrı-ayrı elementlər müzakirə olunur. Ermənistan heç bir birtərəfli güzəştlərə getməyəcək və heç bir qərar “Qarabağ xalqı”nın razılığı olmadan qəbul edilə bilməz. Zöhrab Mnatsakanyanın bu məsuliyyətsiz mövqeyi münaqişənin həlli ilə bağlı onsuz da kövrək olan danışıqlar prosesinə arxadan vurulan zərbə kimi qiymətləndirilə bilər. Onun bu avantürist fikirlərini fəaliyyət istiqaməti kimi qəbul edən separatçı rejimin yeni “rəhbəri” Araik Arutunyan özünün “kompromissiz” siyasətçı obrazının ilkin dizaynını erməni ictimai fikrinə calaq etmək məqsədilə bir qədər də irəli gedərək siyasi diversiya hesab olunan açıqlama ilə çıxış etmişdir. Separatçı “lider”in siyasi sayıqlamasına əsasən, qondarma “DQR” münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin bütün mərhələlərində tamhüquqlu iştirakçı olmalıdır və onun “xalqı”nın müqəddəratının təyin edilməsindən öncə tənzimlənmə prosesi ilə bağlı heç bir variant müzakirə predmeti ola bilməz”. Qondarma rejimin rəhbəri öz siyasi sayıqlamalarında hətta bir qədər də irəli gedib, Azərbaycanın mümkün hücum əməliyyatlarına qarşı qeyri-mütənasib əks zərbə endirəcəklərini və bu əməliyyatları qarşı tərəfin ərazisinə keçirəcəklərini də dilinə gətirməkdən çəkinməyib. Bu yerdə xalqımızın “ac toyuq yuxusunda darı görər” misalını xatırlamamaq olmur.

Müəllif yazır: “Göründüyü kimi, Ermənistan rəhbərliyi və onun himayəsində olan separatçı rejimin münaqişənin həlli ilə bağlı mövqeyi koronavirus dövrü kəsiyində artan hərbi ritorikası ilə seçilməkdədir. Belə isə, postkoronavirus dövrü münaqişənin həlli ilə bağlı hansı perspektivləri vəd edir? Əslində, biz ikinci dəfə bu ritorik suala qayıdırıq. Yuxarıda təqdim və təhlil etdiyimiz hadisə və proseslər, əslində, bu mürəkkəb suala cavab vermək üçün baza yaratmaq məqsədi daşıyırdı.

Beləliklə, yuxarıda apardığımız təhlil və analizlərdən çıxış edərək münaqişənin həlli ilə bağlı birinci olaraq sülh variantının yeni aktuallıq kəsb etdiyini qeyd edə bilərik. Bu variantı şərtləndirən əsas amil koronavirus pandemiyasının yaratdığı yeni dünya iqtisadi böhranı və onun Ermənistan üçün dağıdıcı iqtisadi fəsadları ilə bağlıdır. Təxminən 2 ay sonra Ermənistanda iqtisadi fəlakət səviyyəsində kataklizmlərin olması labüd görünür. Onsuz da kasıb həyat tərzi sürən erməni əhalisinin dilənçi kökünə düşməyəcəyinə inananlar barmaq sayı qədər qalıb. Belə hallarda Ermənistana dayaq olan erməni lobbisi də özünün pis günlərini yaşayır. Xüsusilə, Rusiyadakı erməni mənşəli kiçik və orta biznes nümayəndələrinin başı öz problemlərinə qarışdığından onların həmvətənlərinə maddi dəstək göstərmək imkanları qeyri-realdır. İstənilən halda koronavirus pandemiyasının birbaşa təsiri altında Ermənistanın əvvəlki kimi xaricdən maliyyə dəstəyi almaq imkanları dəfələrlə məhdudlaşacaq. Bu proses artıq başlanmışdır. Bu vəziyyət Nikol Paşinyanı ədədi deyil, həndəsi silsilə ilə seyrələn sosial dayaqlardan tam məhrum etmiş ola bilər. Bu halda Nikol Paşinyanın yubanmadan təxirəsalınmaz addımlar atması tarixi zərurətə çevrilə bilər. Şekspir dilemması qarşısında onun manevr imkanlarının heç zaman olmadığı səviyyədə daralması uzaq olmayan perspektivdə Paşinyanın siyasi intiharını şərtləndirə bilər. Siyasi labirintə düşən Ermənistanın baş nazirinin yeni şəraitdə “buzunun əriməsi” yeganə fiziki və siyasi nicat yolu kimi alternativsiz variant təsiri bağışlayır. Başqa sözlə, bu halda işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılması və bunun qarşılığında Ermənistanın ilk addım olaraq ağır blokada vəziyyətindən çıxarılması onun məhvdən hifzinin yeganə çarəsi ola bilər. Ermənistan rəhbərliyi bu barədə dərindən düşünməli və obyektiv nəticələr çıxarmalıdır. Sonra gec ola bilər”.

Milli Məclisin deputatı bunun gec olacağı təqdirdə ikinci variantın, yəni, müharibə versiyasının alternativsiz göründüyünü qeyd edir. Diqqətə çatdırır ki, Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində bu varianta əl atması, yəni, “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürist davranışların artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, irimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Aprel döyüşlərindən 4 il keçməsinə baxmayaraq, bu gün də o hadisə Ermənistan rəhbərliyini təqib edən bir kabusa çevrilib. Bu vəziyyətdə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir.

Elman Nəsirov məqaləsinə yekun vuraraq bildirir ki, COVID-19 pandemiyasının təsiri altında Ermənistanın postpandemiya dövrü daha ağır və kəskin kataklizmlərlə müşayiət oluna bilər. Nəticədə Ermənistanın heç zaman olmadığı səviyyədə ya “göyərçin” obrazına, ya da “qırğı” qiyafəsinə girməsi gözləniləndir. Bəlkə də postpandemiya dövrünün başlanması ilə Ermənistanda yenidən inqilab mehi əsəcək. Bu dəfə “məxməri” olmaya da bilər...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabitliyin və asayişin keşiyində: Azərbaycan polisi 106 yaşını qeyd edir

QAİ: Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

Meksikada narkotik kartelinin toqquşması nəticəsində 20 nəfər ölüb

Şimali Koreya yeni tipli ballistik raketi sınaqdan keçirib

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə başlanılır

Niderland Hökuməti F-16 qırıcılarının Ukraynaya göndərilməsinə icazə verib

İspaniyadan Uruqvaya uçan təyyarə turbulentə düşüb, 30 nəfər xəsarət alıb

Türkiyə Nazirlər Kabinetində dəyişikliklər edilib

Avro-2024: Portuqaliya millisi 1/4 finala vəsiqə qazanıb

Budapeştdə ilk qısametrajlı “Ortaq Türk” filminin nümayişi olub

Ali Məhkəmə Donad Trampı bəzi cinayət məsuliyyətindən azad edən qərar çıxarıb

Özbəkistanda illik inflyasiya 10,6 faizə qədər artıb

ABŞ-da bir ailənin 5 üzvü təyyarə qəzasında həlak olub

Blinken: Azərbaycan və Ermənistan arasında sülh sazişinə nail olmaq üçün müstəsna imkan yaranıb

Gədəbəyə dolu düşüb

Avro-2024: Fransa 1/4 final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Prezidenti siyasətçilərin ritorikasında populizm və ksenofobiyanı “zəiflik” adlandırıb

FHN: Nohur gölündə suyun səviyyəsi artıb, ətraf ərazilər üçün təhlükəli vəziyyət yaranıb VİDEO

Bolqarıstanla iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizdə mina təhlükəsi ilə bağlı mübarizəyə başlayıb

Radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur BƏYANAT

Azərbaycan və Bolqarıstan arasında enerji sahəsində əməkdaşlıq məsələsi müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti bir sıra qərarlar qəbul edib

Yeni Günəşlidə narkotik satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb VİDEO

ABŞ-da atışma zamanı 3 nəfər ölüb

Ankarada start götürən “Müharibə dövründə jurnalistika” təlimlərində AZƏRTAC-ın əməkdaşı da iştirak edir

Daxili İşlər Nazirliyi Şuşa “ASAN xidmət”də işə qəbulla bağlı müsabiqə elan edir

İqlim dəyişikliyinin əməyin təhlükəsizliyinə və sağlamlığa təsiri - vebinar

Nyu-Yorkda İpək Yolu Festivalı keçirilib

Yasamalın Mikayıl Müşfiq küçəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclası COP29 mövzusuna həsr edilib

COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq ŞƏRH

Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlığın inkişafı müzakirə olunub

® Zəhərli ilan və həşəratların sancması zamanı təxirəsalınmaz tədbirlərlə bağlı metodiki vəsait

Sağlamlıq imkanları məhdud şəxsə avtomobil hədiyyə edilib

Azərbaycanı Paris Olimpiadasında təmsil edəcək cüdoçular bəlli olub

Dövlət Sosial Müdafiə Fondu “Nebext” beynəlxalq təşkilatının xüsusi mükafatına layiq görülüb

ANAMA-nın İdarə Heyətinin sədri Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb

Cənubi Koreyada doğumun azalması problemini həll etmək üçün nazirlik yaradılır

Pərviz Şahbazov Pakistanın neft naziri və “Saipem” şirkətinin baş icraçı direktoru ilə görüşüb

ABŞ mətbuatı Azərbaycanda dekolonizasiya mövzusunda keçirilmiş konfransdan yazıb

AZAL Füzuliyə təyyarə biletlərinin satışına başlayıb

Londonda məşq zamanı hərbi atlar yenidən qaçıb

Raket zərbəsinə məruz qalmış Odessa kilsəsi təmir edilir VİDEO

BDU Avropa Paytaxtları Universitetləri Şəbəkəsinin tamhüquqlu üzvü seçilib

“Jerusalem Post”: Qərb Qafqazda sülhü təşviq etmək istəyirsə, Ermənistana təzyiq göstərməlidir

Son 10 gün ərzində Elm və Təhsil Nazirliyinə 21 mindən çox vətəndaş müraciət edib

Qazaxıstanın dörd şəhərində “sarı” terror təhlükəsi səviyyəsi tətbiq edilir

Ukrayna erməni və gürcü şərabçılarına sanksiyalar tətbiq edə bilər

Ankara Sosial Elmlər Universitetinin sosiokənd sisteminin BDU-da tətbiqi imkanları araşdırılır

Azərbaycan və İsrailin XİN rəhbərləri regionda və Qəzza ətrafındakı vəziyyəti müzakirə ediblər

® “Samsung” AI TV ilə yeni era başlayır - Daha canlı, daha həyəcanlı

Mədəniyyət naziri Gədəbəydə vətəndaşları qəbul edəcək

“Asiya uşaqları” Oyunlarının qalibi: Vətənə qızıl medalla qayıdacağıma inanırdım

UNEC-in “Gələcəyin tədqiqatçıları” qrant layihəsi yekunlaşıb

Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib

Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

Azərbaycan polisi: dövlətçiliyə sadiq, peşəkar və qətiyyətli

“Azərkosmos”un dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olunub

Tacikistan Milli Bankı ilə əlaqələrin daha da möhkəmləndirilməsi imkanları müzakirə olunub

Ordubadın Tivi-Biləv kənd avtomobil yolunda yaranmış problem aradan qaldırılır VİDEO

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı Qəbələ və İsmayıllıda ictimai dinləmələr keçirilib

Həyətində narkotik tərkibli bitkilər yetişdirən Lənkəran sakinləri saxlanılıb

Şotlandiyadakı ada ən azı 600 min avroya satışa çıxarılıb

Prezident İlham Əliyev Filippinin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB VİDEO

ADA Universitetində “VII ADA 2024” Beynəlxalq Təhsil Konfransı keçirilir  YENİLƏNİB VİDEO

Agentlik: Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri işdən azad edilib

Beynəlxalq Buker mükafatının ilk laureatı İsmayıl Kadare vəfat edib

Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib   YENİLƏNİB VİDEO

Paytaxtın Parlament və Atatürk prospektlərində təmir işləri yekunlaşmaq üzrədir VİDEO

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağsuda vətəndaşları dinləyib

Azərbaycan güləş millisinin baş məşqçisi: Avropa çempionluğunu ənənəyə çevirmişik

Xəzər dənizinin şimal-şərq hissəsində suyun səviyyəsi artıb

“Dərələyəzim” əsəri Topkapı sarayında

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının iclası olub

Astanada hava limanları və dəmir yolu stansiyaları gücləndirilmiş iş rejiminə keçib

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb

Okeanın dərinliklərində heyrətamiz hidrotermal mühit kəşf edilib

COP29 Azərbaycan üzrə baş icraçı direktor: Artıq qlobal iqlim danışıqlarının faktiki liderliyi bizim ölkəmizdədir

Finlandiya parlamenti ABŞ-la müdafiə sazişini yekdilliklə təsdiqləyib

Nigeriyada terror aktları nəticəsində azı 18 nəfər həlak olub

İKTA sədri: Agentlik qısa müddətdə 5 elektron xidmət istifadəyə verib

Ukraynada benzin və dizelin qiyməti yenidən artacaq

“Sabah” klubu mərakeşli futbolçu ilə vidalaşıb

Türkiyə Qara dənizdə qaz hasilatını artırır

Azərbaycan şirkətləri "Şimal-Cənub" I nəqliyyat ticarət-ixrac forumunda iştirak edəcək

Şahmat Tacı uğrunda oyuna ev sahibliyi edəcək ölkə açıqlanıb

Gəncədəki aptekdə qulaq damcısı bioloji aktiv qida məhsulu kimi göstərilib

Türkiyə və Azərbaycan muzeyləri arasında gələcək əməkdaşlıq və təcrübə mübadiləsi məsələləri müzakirə olunub

Azərbaycan dövlətinin dəstəyi ilə Rustavidə açılan Mərkəzdə kursları bitirən şagirdlərə sertifikatlar təqdim olunub

Həvəskar balıqçılar üçün balıq ovuna icazə verildi, mövsümdən gözləntilər nədir? REPORTAJ VİDEO

İcbari tibbi sığorta ilə 26 min 494 qasıq yırtığı əməliyyatı icra edilib

Qabiliyyət imtahanları davam edir

“İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1179-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Balmoral qəsri bu gün ictimaiyyətə açılıb

Türkiyədəki Göbekli-Tepe məbəd kompleksini 2,8 milyon turist ziyarət edib