Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” - AMEA-da beynəlxalq konfrans

Bakı, 24 oktyabr, AZƏRTAC

Oktyabrın 24-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Əlyazma kitabı Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələr kontekstində” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransın keçirilməsində məqsəd tarixi çox qədimlərə söykənən Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin, müştərək tariximizin, ədəbiyyatımızın əlyazma qaynaqları əsasında dəyərləndirilməsi və aktual problemlərinin müzakirəsi olub.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, son illərdə Azərbaycan çoxəsrlik tarixinin ən şərəfli və möhtəşəm dövrünü yaşayır. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etdiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın bununla bütün dünyaya ədalətli müharibə aparmağın formulunu təqdim etdiyini bildirib. Qeyd edib ki, bu il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində isə Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edildi, oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndidə, Xocalıda dövlət bayrağımızı ucaltması ilə tarixi ədalət ölkə başçısının uzaqgörənliyi sayəsində bərpa olundu: “Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Qarabağda qazandığımız qələbə, torpaqları başqaları tərəfindən zəbt olunan dövlətlər üçün model, başqalarının torpaqlarını işğal edənlər üçün isə bir gözdağı nümunəsidir. Azərbaycan dünyada hər kəsin ərazi bütövlüyünə hörmətlə yanaşır, birgəyaşayışı, sülhsevərliyi, həmrəyliyi aşılayır”.

2023-cü ilin Ulu Öndər Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiklərinin qeyd edilməsi baxımından əlamətdar il olduğunu deyən akademik İsa Həbibbəyli bu istiqamətlərdə AMEA-da onlarla tədbirin, konfransın, seminarların keçirildiyini, monoqrafik sanballı kitabların ərsəyə gəldiyini söyləyib.

Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin min illərə dayandığını söyləyən və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözlərini xatırladan AMEA prezidenti müasir dövrdə dövlətlərimiz arasında sıx əlaqələrin təməlini Ulu Öndərin “Bir millət, iki dövlət” strategiyasının təşkil etdiyini bildirib. Vurğulayıb ki, Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq, qardaşlıq münasibətləri sayəsində bu gün ölkələrimiz arasında münasibətlər özünün ən yüksək dövrünü yaşayır, Şuşa Bəyannaməsi isə möhkəmlənmiş hərbi müttəfiqliyimizin hərəkətverici qüvvəsinə çevrilib.

AMEA prezidenti Əlyazmalar İnstitutunun keçirdiyi bu konfransın Türkiyənin 100 illiyinə akademiyanın növbəti ərmağanı olduğunu bildirib.

AMEA ilə Türkiyənin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinə toxunan akademik İsa Həbibbəyli hazırda akademiyanın Türkiyə Elmlər Akademiyası, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və onun alt qurumları, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və bir çox ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Bu il ilk dəfə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun 90 ildir qeyd etdiyi “Türk dili bayramı”nın ilk dəfə Türkiyədən kənarda, Azərbaycanda, AMEA-da keçirildiyini xatırladıb.

Həmçinin noyabr ayında Bakıda Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun nəzdində Türk Tarix Qurumu ilə “Rəvandan İrəvana və Qərbi Azərbaycana” mövzusunda konfransın keçiriləcəyini, AMEA-da TÜBİTAK-ın ofisinin açılacağını, TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin rəhbəri ilə Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsinə dair görüşün təşkil olunacağını diqqətə çatdırıb.

AMEA prezidenti konfransın təşkilində göstərdiyi dəstəyə görə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyinə minnətdarlığını bildirib, TİKA ilə Akademiyanın sıx əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli çıxışında tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi qardaş dövlətlər arasındakı münasibətlərin bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətinin nəticəsi olaraq daha yüksək səviyyəyə çatdığını vurğulayıb.

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Muhittin Macit, TİKA Bakı Proqram koordinatoru Fatih Yılmaz və AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən akademik Gövhər Baxşəliyeva çıxışlarında Azərbaycan-Türkiyə qarşılıq münasibətlərinin köklərinin tarixin dərin qatlarından, dil və din eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətimizdən, xalqlarımızın həyat tərzindən və bu kimi digər amillərdən qaynaqlandığını vurğulayıblar.

Tədbirin açılış hissəsindən sonra Türkiyə Cümhuriyyətinin yaranma tarixi ilə əlaqədar qısa videoçarx nümayiş olunub və çıxış üçün söz məruzəçilərə verilib.

Türkiyənin Atatürk Universitetinin professoru Nimet Yıldırım “Gəncəli Nizaminin “Mahzenül-Esrar”ı”, Mədəniyyət Nazirliyi Hüseyn Cavid ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Türkiyə ədəbi mühitinin Hüseyn Cavid yaradıcılığına təsiri”, Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri dosent Aygül Hacıyeva “Müstəqillik dövrü Azərbaycanda türkoloji fikrin yeni istiqaməti” mövzularında məruzə ediblər.

Pazmany Peter Katholik Universitetinin professoru Eva Csakinin “Macar türkologiyası və Budapeştdəki türk əlyazmaları”, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Nikolay Telitsinin “Sankt-Peterburq Universitetinin Türk filologiyası kafedrasında türkdilli əlyazmaların öyrənilməsi”, Əl-Fərabi adına Qazax Milli Universitetinin dosenti Oraz Sapaşevin “Qazaxca yayımlanmış ilk kitablar: mövzuları və dil özəllikləri”, Əlyazmalar İnstitutunun dosenti Aybəniz Rəhimovanın “Dini qəhrəmanlıq yazılı abidələri Azərbaycan ədiblərinin yaradıcılığında”, Adam Mitskeviç adına Poznani Dövlət Universitetinin fəlsəfə doktoru Jacek Jarmoszkonun “Şifahi köçürmələrin tədqiqi: Füzuli Bağdadi lirikasında mətn dəyişikliyinin araşdırılması”, Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri dosent Lamiyə Rəhimovanın “XVII-XVIII əsr Azərbaycan və Osmanlı ədəbiyyatının forma və janr xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.

Konfrans bölmə iclasları ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb