Əlyazmalar İnstitutu fəaliyyətini distant şəkildə davam etdirir
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində bəzi sosial təcrid tədbirləri barədə 2020-ci il 14 mart tarixli qərarına əsasən respublikanın bütün elmi-tədqiqat müəssisələri iş fəaliyyətini müvəqqəti dayandırıb.
Məlum qərarla bağlı AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi sosial izolyasiya və xüsusi karantin rejimində elmi fəaliyyətini davam etdirir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, əlyazmaların tərcüməsi, transfoneliterasiyası üzərində çalışan alim və tədqiqatçılar araşdırmalarını davam etdirir, məqalələr yazır, çapa hazırlanacaq materialların redaktəsi üzərində çalışırlar. Alimlər, həmçinin “Web of Science” elmi bazasına daxil olan jurnallarda öz araşdırmalarını çap etdirmək üçün onları ingilis dilinə tərcümə edirlər. İnstitutun əməkdaşları onlayn kitabxanalardan fəal istifadə edirlər.
Həmçinin institutun direktoru, akademik Teymur Kərimli başda olmaqla rəhbər heyət və şöbə müdirləri arasında videokonfrans keçirilib.
Qeyd edək ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu bir sıra sosial platformalarda, o cümlədən "Twitter"də (#ElyazmalarInstitutu heşteqi ilə) və "Facebook"da onlayn ünsiyyət yaradır.
Elmi müəssisənin fəaliyyəti ilə bağlı suallar
[email protected], [email protected] elektron poçt ünvanlarına göndərilə bilər. Eyni zamanda, AMEA institutun rəsmi internet səhifəsinə (www.manuscript.az) daxil olmaqla lazımi məlumatları əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]