Əlyazmalar İnstitutunun əməkdaşı İbn Sinaya həsr olunmuş vebinarda ölkəmizi təmsil edib
Bakı, 1 sentyabr, AZƏRTAC
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nigar Babaxanova İslam Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutu tərəfindən dünyaşöhrətli həkim, filosof və təbiətşünas alim Əbu Əli İbn Sinanın doğum günü ilə əlaqədar keçirilən vebinarda ölkəmizi təmsil edib.
Bu barədə AZƏRTAC-a Əlyazmalar İnstitutundan bildirilib. Qeyd olunub ki, o, İbn Sinanın institutun fondunda mühafizə olunan və 2005-ci ildə UNESCO-nun “Dünya yaddaşı” siyahısına daxil edilmiş “Əl-qanun fit-tibb” əsərinin əlyazma nüsxəsi haqqında iştirakçılara ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:25]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [16:49]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:23]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:13]