EMAL MÜƏSSİSƏLƏRİNİN SAYI ARTIR
AZƏRTAC xəbər verir ki, 2015-ci ilədək təsdiq edilmiş Dövlət Ərzaq Proqramına əsasən aqrar-sənaye sistemində yağlı bitkilərin yetişdirilməsinə və onların səmərəli sənaye emalına xüsusi diqqət yetirilir. Bu baxımdan Şirvan şəhərində yaxşı təcrübə toplanmışdır. Burada yenişləşdirilmiş yağ-piy zavodu, habelə kiçik çiyid emalı sexi işləyir.
AZƏRTAC xəbər verir ki, bu yaxınlarda onlara eyni profilli daha bir obyekt əlavə ediləcəkdir. Azərbaycan Beynəlxalq Bankının təşəbbüsü ilə İstilik Elektrik Stansiyasının yaxınlığında pambıqtəmizləmə zavodu tikilib işə salınmışdır. Bu yaxınlarda pambıq yağı, heyvandarlıq fermaları və quşçuluq fabrikləri üçün qiymətli qidalı yemlər buraxan yeni müəssisənin istehsal korpusları tikilmişdir. Hazırda burada Almaniyadan gəlmiş mütəxəssislər tərəfindən görülən buraxılış-sazlama işləri başa çatmaq mərhələsindədir. Zavodun sexlərində dünya standartlarına uyğun istehsal avadanlığı quraşdırılır. Yeni müəssisənin gücü ildə 30-40 min ton məhsul istehsalına imkan verir.
Beləliklə, əsasən, pambıq istehsalı və emalı ilə məşğul olan “AQRO” MMC-nin strukturunda yağlı bitkilər məhsulu və populyar pambıq yağı buraxılışını artırmaq imkanı genişlənəcək, habelə heyvandarlıq və quşçuluq üçün qidalı yemlər tədarükünü artıracaq obyektlər meydana gələcəkdir.