Emal sənayesində 4,9 milyard manatlıq məhsul istehsal olunub
Bakı, 16 iyun, AZƏRTAC
Yanvar-may aylarında emal sənayesində 4 milyard 909,3 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalında 26,1 faiz, içki istehsalında 2,9 faiz, qida məhsullarının istehsalında isə 1,8 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından qaymaq və xama istehsalı 24,8 faiz, kolbasa məmulatları 32,3 faiz, marqarin istehsalı 19 faiz, kərə yağı istehsalı isə 2,4 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:24]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [18:35]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:22]