Əmək qanunvericiliyi, kadr və kargüzarlıq işinin təşkilinə dair təlim keçirilib
Naxçıvan, 13 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tədris zalında kadr və kargüzarlıq işinin qanunvericiliyə uyğun təşkili, insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi, iş təcrübəsinin yüksəldilməsi və bu sahədə yeniliklərin tətbiqi ilə bağlı təlim keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimdə dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların bu sahə üzrə çalışan mütəxəssisləri və iştirak üçün qeydiyyatdan keçmiş şəxslər iştirak ediblər.
Təlimi ekspert qismində nazirliyin Ümumi işlər və kadrlar şöbəsinin müdiri Tural Əliyev keçib. Azərbaycan Respublikasının Əmək qanunvericiliyi, “Dövlət qulluğu haqqında” Qanunun müvafiq maddələri, əmək müqaviləsi, məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri, kadrlara dair tələblərin müəyyənləşdirilməsi, kargüzarlığın aparılması və təkmilləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub.
Sonra iştirakçılara mövzuları əhatə edən test tapşırıqları verilib və müvafiq qiymətləndirmə aparılıb. Nəticəyə uyğun olaraq müvəffəqiyyət qazananlara “Əmək münasibətlərinin praktik uçotu” kitabı və Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [17:29]
Zəngilan və Cəbrayıl rayonlarında sakinlərə bostan-tərəvəz şitili paylanılıb
- 02.06.2026 [17:19]
Sabah Zəngilanda növbəti əmək yarmarkası olacaq
- 02.06.2026 [16:11]
Beyləqanda qadın kooperativlərinin nəzdində cücə-inkubator sexləri açılıb
- 02.06.2026 [14:41]
Şəkidə taxıl biçininə 131 kombayn cəlb ediləcək
- 02.06.2026 [14:05]
Laçın şəhər 2 nömrəli məktəbin muzeyi respublika müsabiqəsində qalib olub
- 02.06.2026 [12:54]
Lənkəranda avtomobil 58 yaşlı qadını vurub, vəziyyəti ağırdır VİDEO
- 02.06.2026 [11:47]