ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNDƏ YENİ LAYİHƏNİN TƏQDİMATI OLMUŞDUR
Nazir Füzuli Ələkbərov demişdir ki, layihədən məqsəd yoxsul və aztəminatlı əhali qruplarına sosial yardımın göstərilməsi və yoxsulluqla mübarizədə Azərbaycanın dövlət qurumlarına dəstəyin gücləndirilməsidir. Layihənin əsas tərəfdaşı olan nazirlik onun həyata keçirilməsinə hər cür kömək göstərəcəkdir.
Avropa İttifaqının TASİS Proqramı çərçivəsində maliyyələşdirdiyi, dəyəri 1 milyon 421 min avrodan çox olan layihənin rəhbəri Timo Pirainen Azərbaycanda sosial yardımın inkişafı üzrə strategiyanın, yoxsulluğun azaldılması və sosial yardım üzrə geniş əhatəli metod və təcrübələrin hazırlanması və bu sahədə təlimlərin keçirilməsi, səriştənin artırılması və əhalinin məlumatlandırılması kimi fəaliyyət istiqamətləri barədə ətraflı məlumat vermişdir.
Layihə 2 il müddətinə nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]