Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən maraqlı addım: “O gün uzaqda deyil”
Bakı, 29 sentyabr, AZƏRTAC
Ordumuzun möhtəşəm zəfəri ilə bağlı cəmiyyətimizdə hökm sürən qələbə ruhuna uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı addım atıb.
AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, “#ogünuzaqdadeyil” devizi ilə irəli sürülən təşəbbüsdə müxtəlif sosial layihələrin işğal altında olan torpaqlarımızda keçirilməsi əks olunub. Bu, Azərbaycan Ordusunun zəfərinin uzaqda olmadığını göstərir.