Əməkdar incəsənət xadimi Ələkbər Muradovun xatirəsi anılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Film Fondunda Əməkdar incəsənət xadimi Ələkbər Muradovun anadan olmasının 75 illiyi münasibətilə xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi nümayiş olunub.
Yubiley mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Ələkbər Muradovun kino və televiziya yaradıcılığı haqqında ətraflı məlumat verib.
Sonra rejissor Murad Muradova həsr edilmiş “Ümid dayanacağında” sənədli filmi ilk dəfə tamaşaçılara təqdim olunub.
Sonda Ə.Muradovun “Yaddaşın rəmzi” filminin ssenari müəllifi Mahir Qəribov və ailə üzvləri adından Fəxrəddin Kərimov tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə təşəkkürlərini bildiriblər.