Emin Cəfərov: Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq
Bakı, 5 may, AZƏRTAC
Tarixdə ilk dəfə atıcılıq üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək. Çempionatda atıcılığın bütün növləri üzrə qaliblər müəyyənləşəcək. Çempionatın açılış mərasiminə 100 gün qalması məhz Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşür. Düzü, bu simvolik xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.
“Dünya çempionatı bizim üçün böyük əhəmiyyət kəsb edir. Mötəbər yarışda "Paris-2024" Yay Olimpiya Oyunlarına 48 lisenziya oynanılacaq. Olimpiadaya ən çox lisenziya məhz Bakıdakı yarışda öz sahibini tapacaq.
Mayın 9-da Bakıda, həmçinin atıcılıq üzrə dünya kuboku yarışları keçiriləcək. Artıq komandalar Bakıya gəlməyə başlayıblar. Atıcılıq idman növünün 10 Olimpiya kateqoriyası üzrə qaliblər müəyyənləşəcək”, - deyə baş katib bildirib.
Qeyd edək ki, çempionat avqustun 14-dən 20-dək Bakıda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]