RƏSMİ XRONİKA
EMİN SABİTOĞLUNUN XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Bəstəkar Emin Sabitoğlunun (Emin Sabit oğlu Mahmudovun) xatirəsini əbədiləşdirmək məqsədi ilə qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Emin Sabitoğlunun yaşadığı binaya (Hacı Zeynalabdin Tağıyev küçəsi, 7) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyul 2007-ci il.