“Emirates” təyyarələrini modernizə etmək üçün 5 milyard dollar xərcləyəcək
Bakı, 5 mart, AZƏRTAC
“Emirates” aviakompaniyası yeni tədarüklər ərəfəsində mövcud təyyarələrin, o cümlədən ikigöyərtəli “Airbus A380” və geniş gövdəli “Boeing 777” laynerlərinin modernizə edilməsi və təkmilləşdirilməsi üçün təxminən 5 milyard dollar xərcləməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətin prezidenti Tim Klark bildirib. Onun sözlərinə görə, “Boeing” korporasiyasının son təyyarə modeli hələlik sertifikatlaşmadan keçmədiyi üçün “Emirates” cari ildə hər hansı bir yeni 777X tədarükünü gözləmir.
“Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviadaşıyıcısı “Airbus A350-1000” təyyarəsinə diqqət yetirsə də, sifariş verməzdən öncə modelə quraşdırılan mühərriklərin etibarlılığının sübutunu görmək istəyir”, - deyə Tim Klark vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:57]
Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir
- 10.06.2026 [14:48]
Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər
- 10.06.2026 [14:30]
Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb
- 10.06.2026 [14:26]
Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib
- 10.06.2026 [14:12]
İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir
- 10.06.2026 [14:04]
Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb
- 10.06.2026 [14:03]