Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri görüləcək - SƏRƏNCAM
Bakı, 5 may, AZƏRTAC
Paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [12:58]
Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub
- 01.10.2026 [12:57]
Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir
- 01.10.2026 [12:39]
Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb
- 01.10.2026 [12:20]