Emmanüel Düpüi: Bir milyon azərbaycanlının öz doğma yurdlarına qayıda bilməməsi qəbuledilməzdir

Paris, 30 may, AZƏRTAC
Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlər mövcuddur. Xüsusən də iqtisadi sahədə əməkdaşlıq böyük önəm daşıyır. Azərbaycan Fransanın, bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Avropa və Asiya arasında Azərbaycanın rolu aydın görünür.
Bu fikirləri Respublika Günü və diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Parisdə təşkil edilmiş qəbulda iştirak edən Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanüel Düpüi AZƏRTAC-a müsahibəsində söyləyib.
Emmanüel Düpüi deyib ki, əlverişli coğrafi mövqeyə malik Azərbaycan Avropanın Asiyaya açıq qapısı və Asiyanın Avropaya çıxışıdır. Azərbaycanın iki qitənin kəsişməsində yerləşməsi, oynadığı mərkəzi rol onun strateji əhəmiyyətini artırır. Bu gün Azərbaycan ərazilərinin 20 faizinin işğal altında olmasından xəbərdarıq. Bir milyon azərbaycanlının öz doğma yurdlarına qayıda bilməməsi qəbuledilməzdir. Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tezliklə ədalətli həllini tapacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [13:33]
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
- 23.05.2025 [13:21]
İrəvan Qazılığının bərpası milli və mənəvi kimliyimizin zəfəridir - RƏY
- 23.05.2025 [11:49]
Azərbaycan Prezidenti: Gələcək illərdə TDT daha böyük zirvələrə qalxa bilər
- 23.05.2025 [11:01]