Ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunub
Ötən günlər ərzində Lənkəran-Astara bölgəsinə yağan intensiv yağışlar nəticəsində bu ərazidən axan Lənkərançay-Lənkəranda suyun səviyyəsində 160, Lənkərançay-Sifidorda 101, Vəşərüçay-Daştatükdə və Viləşçay-Şıxlarda isə 78 santimetr artım qeydə alınıb. Hazırda ən yüksək sululuq Lənkəran-Astara bölgəsi çaylarında müşahidə olunmaqla ongünlük normanın 300-700, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında 80-140, Kiçik Qafqazın çaylarında 40-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə oktyabrın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 97 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində mühüm dəyişiklik baş vermədiyi müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 286, Şirvanda 117, Salyanda 65, Bankədə 209, Araz çayının Novruzlu məntəqəsində isə 25 santimetrdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]