Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ənənəvi əkinçilikdən intensiv bağçılığa: Saatlıda uğurlu təcrübə

“Yeni Dövlət Proqramı fermerlər üçün əlavə stimul olacaq”

Saatlı, 2 iyul, AZƏRTAC

Mil-Muğan bölgəsində müasir aqrotexnologiyaların tətbiqi nəticəsində intensiv və superintensiv meyvə bağlarının sahəsi ildən-ilə genişlənir. Damcı suvarma sistemləri, yüksək məhsuldar tinglər və müasir becərmə üsullarının tətbiqi məhsuldarlığın artmasına, su ehtiyatlarından səmərəli istifadəyə və keyfiyyətli məhsul istehsalına münbit şərait yaradır. Eyni zamanda, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan dəstək mexanizmlərinin bölgədə intensiv və superintensiv bağların daha da genişlənməsinə, yeni investisiyaların cəlb edilməsinə və fermerlərin istehsal imkanlarının artırılmasına mühüm töhfə verəcəyi gözlənilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Saatlı rayonunda birillik bitkilərlə yanaşı, artıq çoxillik bitkilərə də fermerlər tərəfindən maraq artır. Son illərdə rayon ərazisində çoxsaylı intensiv və superintensiv bağlar salınıb.

Saatlı rayonunda fəaliyyət göstərən fermer Həbib Əhmədov bildirib ki, təsərrüfatlarında 2023-cü ilin iyun ayında salınan 10 hektarlıq nektarin bağı artıq üçüncü məhsul ilindədir. Onun sözlərinə görə, bağda qoşa cərgə damcı suvarma sistemi qurulub, ağaclar isə xüsusi tirələr üzərində əkilib. Fermer qeyd edib ki, hər hektarda 700-750 ağac var və mövsüm ərzində hər ağacdan orta hesabla 20-25 kiloqram məhsul əldə olunacağı gözlənilir.

Hazırda bağda böyük ölçülü meyvələrin yığımı aparılır və hər gün orta hesabla 20-25 ton məhsul tədarük edilir. Toplanan məhsullar əsasən ölkənin şimal bölgəsindən gələn alıcılar tərəfindən yerindəcə satın alınaraq soyuducu anbarlara daşınır. Məhsullar müəyyən müddət saxlanıldıqdan sonra daxili bazarla yanaşı, xarici bazarlara da ixrac olunur. Bu mövsüm bağdan, ümumilikdə, 130 tona yaxın nektarin əldə olunacağı proqnozlaşdırılır.

Bir neçə il əvvəl bu ərazilərdə əsasən ənənəvi birillik bitkilər becərilsə də, son illər dövlət dəstəyi və müasir texnologiyaların tətbiqi hesabına vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Hazırda təsərrüfatın ümumi bağ sahəsi 80 hektara çatır. Burada nektarinlə yanaşı armud, əncir, heyva və alça da becərilir. Yaxın günlərdə isə superintensiv armud bağında məhsul yığımına başlanılacaq.

Təsərrüfat rəhbərinin sözlərinə görə, burada ilboyu 50-60 nəfər daimi işçi çalışır, mövsüm dövründə isə işçilərin sayı 200 nəfərə çatır. Meyvə bağları ilə yanaşı, tərəvəz, bostan və dənli bitkilər də becərilir, həmçinin taxıl və pambıq sahələri də mövcuddur.

Açıq (ənənəvi) suvarma üsulu ilə bir hektara sərf olunan su həcmi, müasir damcı suvarma sistemi tətbiq edildikdə təxminən 10 hektar ərazinin suvarılması üçün kifayət edir.

"Aqrar sahədə əldə olunan yüksək nəticələrdə dövlət dəstəyinin mühüm rolu var. Subsidiyalar, güzəştli gübrə təminatı, müasir pambıq qəbulu məntəqələrinin yaradılması, yeni kənd təsərrüfatı texnikalarının istifadəyə verilməsi və suvarma sistemlərinin qurulmasına göstərilən dəstək fermerlərin fəaliyyətini xeyli asanlaşdırır. Müasir suvarma sistemləri həm regional su ehtiyatlarına qənaət etməyə, həm də məhsuldarlığı bir neçə dəfə artırmağa imkan verir. Yeni Dövlət Proqramında bu sistemlərin alınmasına göstərilən dəstək fermerlər üçün əlavə bir stimul olacaq", - deyə təsərrüfat rəhbəri söyləyib.

Yeni Dövlət Proqramında logistik mərkəzlərin, xüsusilə soyuducu anbarların sayının və tutumunun artırılması da nəzərdə tutulur. H.Əhmədovun fikrincə, Mil-Muğan bölgəsində soyuducu anbarlara tələbat çox yüksəkdir. Onların şəbəkəsinin genişləndirilməsi məhsulların daha uzun müddət keyfiyyətini və təravətini qorumağa, satış coğrafiyasını genişləndirməyə və gələcəkdə regionda istehsal həcminin daha da artmasına birbaşa müsbət təsir göstərəcək.

Tətbiq edilən bu cür qabaqcıl aqrar təcrübələr təkcə fərdi təsərrüfatların gəlirliliyini artırmır, həm də regionun ümumi iqtisadi potensialını gücləndirir. İntensiv bağçılığın və innovativ suvarma texnologiyalarının regional miqyasda yayılması, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında və aqrar ixracın şaxələndirilməsində Mil-Muğan zonasının strateji rolunu daha da artırır. Dövlətin uzunmüddətli proqramlar çərçivəsində təqdim etdiyi güzəşt və stimullar isə yaxın gələcəkdə Azərbaycan brendi ilə dünya bazarlarına çıxarılan rəqabətqabiliyyətli meyvə məhsullarının həcminin qat-qat artacağına zəmanət verir.

Müxbir - Aydın Yavərzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ölkədə rəqəmsallaşma, süni intellekt və innovasiya sahələrində fəaliyyət təkmilləşdirilir ŞƏRH

Qazaxda yeniyetmə çayda batıb

Özbəkistan Prezidenti Gürcüstana səfər edib

Bakıda keçiriləcək beynəlxalq musiqi festivalının proqramı açıqlanıb

Gəncə XV Beynəlxalq İpək Yolu Festivalına ev sahibliyi edir

“Sabah”ın basketbolçusu İspaniya klubuna keçib

BMT Baş katibinin elçisi Azərbaycanın yol təhlükəsizliyi sahəsində əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib

İstanbul Universitetinin professorları Şərqşünaslıq İnstitutunda olublar

Ekspert: Orta Dəhliz üzrə həyata keçirilən layihələr Azərbaycanın tranzit rolunu gücləndirir

“Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı Türkiyədə nəşr olunan bülletendə geniş işıqlandırılıb

Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO

Bakı-Brüssel: Strateji tərəfdaşlıq genişlənir VİDEO

AzTU ingilis dilinin tədrisində Orta Doğu Texniki Universitetinin təcrübəsindən faydalanacaq

Ordubadda minik avtomobili qaz xəttini qırıb

Ağdamda “Adsız qəhrəman” sənədli filminin təqdimatı olub

Ənənəvi əkinçilikdən intensiv bağçılığa: Saatlıda uğurlu təcrübə

® Vergi islahatları – Milli Biznesin İnkişafı Forumunun xüsusi sessiyasında

Yoqa ürəyin sağlamlığının dəstəklənməsinə və stresin azalmasına kömək edə bilər

Politoloq: Azərbaycan-Aİ münasibətlərinin inkişafı üçün geniş potensial mövcuddur

Azərbaycan polisi sabitliyin, təhlükəsizliyin və hüquqi dövlət prinsiplərinin qorunmasına xidmət edir ŞƏRH

Azərbaycanın HHQ komandanı Türkiyədə rəsmi səfərdədir

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesi çərçivəsində Dominikanla ikitərəfli protokol imzalanıb

Professor: Azərbaycanın flora və bitkilik örtüyünün tədqiqində mühüm elmi nəticələr əldə olunub

Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH

Cenk Tosun: Məhəllə futbolunun əvvəlki kimi olmaması gənc hücumçuların yetişməsinə təsir edir

Nigeriya Beynəlxalq Enerji Agentliyinə “tərəfdaş ölkə” kimi qoşulub

“Reuters”: Belçika NATO sammitində 3,1 milyard avroluq silah aldığını elan edə bilər

Siyasi şərhçi:Türk dünyası nəqliyyat dəhlizləri vasitəsilə Avrasiyada yeni bağlantı arxitekturası formalaşdırır

Avropa İttifaqı Azərbaycanı Cənubi Qafqazda sabitliyin təminatçısı kimi görür- Ekspert rəyi

Deputat: Azərbaycan-Aİ strateji tərəfdaşlığı dərinləşir

Dohada İranla ABŞ arasında birbaşa danışıqlar iyulun 3-cü həftəsində baş tuta bilər

Cenk Tosun: “Qarabağ”ın sistemi çox xoşuma gəlir, “Sabah” isə çempionluğa tam layiq idi - MÜSAHİBƏ

® “AccessBank”dan yeni biznes müştərilərinə 50 faizədək endirim kampaniyası

Rəsədxana: Sabah G2 səviyyəsində geomaqnit qasırğası gözlənilir

İyunda Azərbaycanda süni intellekt çat-botlar bazarında yeni dinamika formalaşıb – Təhlil

Osman Kepenek: I Türkoloji Qurultayın 100 illiyi ortaq türk əlifbası ideyasının artıq siyasi iradəyə çevrildiyini göstərir

Futbol üzrə ikiqat Avropa çempionu karyerasını başa vurub

“Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti haqqında” 1-TSEK №-li illik rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 3 dekabr tarixli 38/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Emin Dadaşov: “Bakı.1926: Dil, Fikir, Birlik” sərgisi bir əsrlik tarixi əhatə edir VİDEO

Emin Dadaşov: “Bakı.1926: Dil, Fikir, Birlik” sərgisi bir əsrlik tarixi əhatə edir VİDEO

Coğrafiya İnstitutunda Azərbaycanın toponimik irsi üzrə rəqəmsal baza yaradılır

Baş prokuror Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək

Nazario Paqano: Azərbaycan-İtaliya iqtisadi əlaqələri dinamik inkişaf edir

Şəkinin zəngin biomüxtəlifliyi araşdırılıb

Taner Beyoğlu: Birinci Türkoloji Qurultaya həsr olunmuş nəşrlər ortaq birliyimizi gücləndirir VİDEO

Taner Beyoğlu: Birinci Türkoloji Qurultaya həsr olunmuş nəşrlər ortaq birliyimizi gücləndirir VİDEO

® Qara Dəniz Ticarət və İnkişaf Bankı “Unibank”a 7 milyon dollarlıq kredit xətti ayırıb

Aralıq dənizində 5,3 bal gücündə zəlzələ olub

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub - YENİLƏNİB VİDEO

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş nəşrlərin təqdimatı olub - YENİLƏNİB VİDEO

Yeni Dövlət Proqramının icrası baramaçılığın inkişafına güclü təkan verəcək VİDEO

Yeni Dövlət Proqramının icrası baramaçılığın inkişafına güclü təkan verəcək VİDEO

Deputat: Prezident İlham Əliyev və Ursula Fon der Lyayenin bəyanatları yeni əməkdaşlıq imkanlarını önə çıxarır – ŞƏRH

Azərbaycan Mühəndislik Akademiyası ilə Pakistan Mühəndislər İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

DİM imtahan iştirakçılarını qaydalara ciddi əməl etməyə çağırıb

Azərbaycan-Türkiyə hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan Dəmir Yolları Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib

Kiyevdə matəm günü elan olunub

SOCAR BTC-nin operatorluğunu rəsmi olaraq təhvil alıb

Azərbaycan komandası Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında bürünc medal qazanıb

İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi başa çatıb

Şamaxıda “Məktəbli gənclərin inkişafı” yay düşərgəsi açılıb VİDEO

Şamaxıda “Məktəbli gənclərin inkişafı” yay düşərgəsi açılıb VİDEO

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Beynəlxalq Velosipedçilər İttifaqı: “Bakı-Xankəndi” yarışı böyük potensiala malikdir

Azərbaycan və İsveçrə mərkəzi bankları arasında əməkdaşlıq əlaqələrinin cari vəziyyətindən məmnunluq ifadə olunub

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb YENİLƏNİB VİDEO

VIII “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” beynəlxalq elmi simpozium işə başlayıb YENİLƏNİB VİDEO

Kiyevdə hava zərbələri nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb

Aİ-də demoqrafik dayanıqlılıq üçün vahid yanaşma təklif olunur

Özbəkistanda alternativ enerji istehsalı artacaq

“Qəbələ” milli komandanın qapıçısı ilə müqavilənin müddətini uzadıb

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib VİDEO

Bakıda COP10 Bürosunun II rəsmi iclası keçirilib VİDEO

Türk alim: Türkologiyada müasir texnologiyalardan geniş istifadə edilməlidir VİDEO

Türk alim: Türkologiyada müasir texnologiyalardan geniş istifadə edilməlidir VİDEO

Azərbaycan polisi milli təhlükəsizliyin və suverenliyin müdafiəsində mühüm rol oynayır ŞƏRH

Fransada hava hərəkətinin idarə olunması tənqid edilir: Ötən il uçuşlarda 6,6 milyon dəqiqə gecikmə qeydə alınıb

Ursula Fon der Lyayenin səfəri Aİ-nin Bakının səylərinin rolunu və dəyərini anladığını nümayiş etdirir – ŞƏRH

108 il insanların və gələcəyin keşiyində VİDEO

108 il insanların və gələcəyin keşiyində VİDEO

Siyasi şərhçi: “Türk Dünyası Həftəsi” ortaq tarix, dil və mədəniyyətlə bağlı yeni əməkdaşlıq mərhələsinin formalaşdığını göstərdi

Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir RƏY

Azərbaycanın ümumi ixracında Avropa İttifaqı ölkələrinin payı 48 faizə yaxın olub

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər VİDEO

Müdafiə Nazirliyi və BMTM birgə hazırlanan hesabatı təqdim ediblər VİDEO

Türkiyədən olan nümayəndələrlə hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb

Yanğın riskini azaltmaq üçün torpaq sahibləri nə etməlidirlər? VİDEO

Yanğın riskini azaltmaq üçün torpaq sahibləri nə etməlidirlər? VİDEO

Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq gücləndirilir VİDEO

Transsərhəd heyvan xəstəliklərinə qarşı regional əməkdaşlıq gücləndirilir VİDEO

Kənd Təsərrüfatı Nazirliyi bölgələrdə iyul ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

Hind-Avropa dillərində leksik innovasiyalar - Dilçilik İnstitutunun yeni nəşri

“Bloomberg”: Avropanın ABŞ-dən asılılığı azaldıqca, Türkiyənin NATO-dakı rolu artır

Rəqəmsal mühitdə uşaq və yeniyetmələrin təhlükəsizliyi: qlobal meyillər və Azərbaycan təcrübəsi– ŞƏRH

Balakəndə yeni intensiv bağlar salınacaq, ixrac potensialı artacaq - REPORTAJ VİDEO

Balakəndə yeni intensiv bağlar salınacaq, ixrac potensialı artacaq - REPORTAJ VİDEO

“ASAN xidmət”in innovasiyaları BMT-nin Qazaxıstan tədbirində

Premyer Liqa klubu futbolçusu ilə müqaviləni yeniləməyib

Ursula Fon der Lyayen NATO sammitində iştirak edəcək

Prezident Tokayev: Qazaxıstan Avropa ilə Asiya arasında aparıcı logistika qovşağına çevrilməyə çalışır

Bakının daha iki yolunda təmir işləri aparılır, hərəkət məhdudlaşdırılır

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb

“Euronews”: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracını artırmağı planlaşdırır

Suriyalı nazir “Hizbullah” nümayəndələri ilə görüşməyə hazır olduğunu açıqlayıb

NATO sammiti ərəfəsində Ankarada süvari polis dəstəsi xidmət göstərir

Paşinyan Türkiyə və Azərbaycanla enerji əməkdaşlığının vacibliyindən danışıb

Azərbaycan Tibb Universiteti ilə Atlas Universiteti arasında əməkdaşlıq inkişaf edir

Hikmət Quliyev: Birinci Türkoloji Qurultayın ideyaları bu gün Türk dünyasının elmi və mədəni inteqrasiyasına xidmət edir VİDEO

Hikmət Quliyev: Birinci Türkoloji Qurultayın ideyaları bu gün Türk dünyasının elmi və mədəni inteqrasiyasına xidmət edir VİDEO

Almaniyanın müdafiə naziri fövqəladə vəziyyətlər üçün su və qida ehtiyatı toplayıb

“Zəngilan” tankeri ilə iki ildə 566 min tondan çox yük daşınıb

“Kəpəz” yarımmüdafiəçisi ilə vidalaşıb

Astanada Çinin müasir ipəkçilik sənətinin beynəlxalq sərgisi açılıb