Ənənəvi Karate-Do Federasiyası üç yeni təşkilatla müqavilə imzalayıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Karate Federasiyasının (AKF) nəzdində fəaliyyət göstərən Ənənəvi Karate-Do Federasiyasının tərkibinə 3 yeni təşkilat daxil olub.
Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, bunlar Şito Ryu Karate do təşkilatı, AYAZ Karate do klubu və Fudokanın Azərbaycan nümayəndəliyidir.
AKF-nin baş ofisində yuxarıda adları sadalanan klublarla Ənənəvi Karate-Do Federasiyası arasında qarşılıqlı müqavilə imzalanıb.