Energetika naziri Əlcəzairdə GECF-nin 7-ci Sammitində iştirak edəcək
Bakı, 2 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasına səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirak edəcək.
Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalar, həmçinin üzv ölkələr tərəfindən qlobal enerji bazarında qarşıdakı dövrdə təbii qaz resurslarının roluna dair müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:24]
Sabahdan Novxanı-Pirşağı kanalizasiya kollektorunun tikintisinə başlanılır
- 13.10.2026 [13:33]
Səbail rayonunda su təchizatı bərpa olunub
- 13.10.2026 [13:26]
92 nömrəli marşrutun bütün avtobusları yenilənir
- 13.10.2026 [12:49]