“Erasmus+” beynəlxalq mübadilə proqramına qəbul başlanıb
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri (doktorant, magistr və bakalavr) Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində iştirak edə bilərlər.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, müəllimlər üçün mübadilə müddəti növbəti akademik tədris ili ərzində 1 həftə nəzərdə tutulub. Tələbələr üçün isə müddət növbəti akademik tədris ilinin payız və ya yaz semestri üçün olacaq.
“Erasmus+” beynəlxalq mübadilə proqramına müraciətlərin qəbulu iyunun 14-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:21]
Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir – ŞƏRH
- 13.10.2026 [14:12]
Akademik Faiq Bağırzadənin biblioqrafik göstəricisi nəşr olunub
- 13.10.2026 [14:03]
Azərbaycanda ilk dəfə: ADU-da suahili dilinin tədrisinə başlanılıb
- 13.10.2026 [13:40]