Ərdoğan: Türkiyə meşə yanğınları ilə mübarizədə PUA-lardan istifadə etməklə Avropada lideridir
Ankara, 3 iyun, AZƏRTAC
“Türkiyə meşə yanğınları ilə mübarizədə pilotsuz uçuş aparatlarından istifadə edən Avropa ölkələri siyahısına başçılıq edir. Həmin bu göstəriciyə görə, ölkəmiz dünyada ikinci yerdədir”.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Etimesqut Hava Limanında ekoloji tədbirin iştirakçılarına müraciət edərək bildirib.
O qeyd edib ki, hökumətin səyləri nəticəsində son 23 ildə ölkədə meşə massivlərinin sahəsi 23,4 milyon hektara çatıb ki, bu da Türkiyə ərazisinin 30 faizinə bərabərdir.
“Meşələr Türkiyənin ən böyük sərvətlərindən biridir. Meşə yanğınları ilə əhatə olunan bütün ərazilərdə operativ şəkildə ağac tingləri əkilir. 2002-ci ildən ölkəmizdə 7,5 milyarddan çox ting əkilib”, - deyə dövlət başçısı iqlim dəyişikliyi ilə bağlı problemlərə diqqət çəkib.
Prezident xatırladıb ki, ötən ilin orta temperaturu son 145 ildə ən yüksək göstərici olub. “Cari ilin daha da isti olacağı gözlənilir”, - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyənin meşə yanğınları ilə mübarizə strukturlarının balansında 1786 ədəd texnika, 105 helikopter, həmçinin təyyarə və PUA var. Eyni zamanda, lazım gələrsə, ölkədə yanğınlarla mübarizə aparan könüllülərin sayı tez bir zamanda 130 min nəfərə çata bilər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.08.2026 [21:55]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [20:39]
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb
- 09.08.2026 [20:26]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:12]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [19:50]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [17:34]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [15:10]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [13:18]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir
- 08.08.2026 [23:48]
Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək
- 08.08.2026 [23:37]
Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi
- 08.08.2026 [21:54]
MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır
- 08.08.2026 [21:23]
Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır
- 08.08.2026 [21:00]
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa
- 08.08.2026 [20:31]
Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH
- 08.08.2026 [20:26]
Bu saata olan əsas xəbərlər
- 08.08.2026 [20:00]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [19:17]
Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır
- 08.08.2026 [18:18]
Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb
- 08.08.2026 [16:51]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [16:35]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- 08.08.2026 [16:31]
Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla
- 08.08.2026 [16:19]
“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda
- 08.08.2026 [16:11]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 08.08.2026 [15:33]
Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH
- 08.08.2026 [15:05]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [13:27]
Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO
- 08.08.2026 [12:30]